“Nar-CityNet” abunəçilərə eyni qiymətə iki dəfəyə qədər artıq sürət təklif edir


1 avqust 2016-cı il tarixindən etibarən, “Nar-CityNet” bütün limitsiz tariflərində internet sürətini 2 dəfəyə qədər artırdı. Artıq abunəçilər eyni qiymətə daha sürətli internet xidmətindən yararlana biləcəklər. Əlavə olaraq, “Extreme-1” və “Maxima” trafikli tariflərdə internetin trafikinin həcmi 3 dəfədən çox artırıldı.

“Nar-CityNet” xidmətlərinə qoşulmuş bütün yeni abunəçilərə daha yüksək sürətlə yanaşı, bir ay pulsuz internet də təqdim olunur. Bundan başqa, “Nar-CityNet”-in ADSL xidmətindən istifadə edən cari abunəçilər fiber-optik internet xidmətinə keçdikdə, hədiyyə olaraq ruter əldə edirlər. Pulsuz ruteri əldə etmək üçün abunəçilər sadəcə ilk iki ayın abunə haqqını öncədən ödəməlidirlər.

Hazırda “Nar-CityNet” Bakı və Abşeron yarımadası ərazisində FTTB (Fiber to the Building – Bina üçün fiber-optik) və ADSL (Asymmetric Digital Subscriber Line – Asimmetrik rəqəmsal abunəçi xətti) texnologiyaları əsasında yüksəksürətli sabit internet, eləcə də rəqəmsal TV (50 HD kanal daxil olmaqla) xidmətlərini təklif edir.

“Nar-CityNet” haqqında ətraflı məlumat, qoşulma şərtləri, yeni kampaniyalar, şikayət və texniki dəstək üçün (012) 5377777 və *1177 nömrələri ilə əlaqə saxlamaq kifayətdir.

Aid olduğu bloglar

Azerfon

Azərbaycanın 3-cü GSM operatoru Azerfon Nar Mobile haqqında xəbərlər. Kompaniyalar, tariflər və yeniliklər.

Oxucuları
24
Başlıqları
81
Reytinq
2.32

Korporativ: Nar Mobile

Şəbəkə Azərbaycanın 80%-ni əhatə edir. Hazırda abunəçilərinin sayı 2 milyondur.

Oxucuları
1
Başlıqları
51
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər