“Nar” və “İrşad Electronics” ilkin ödənişsiz və 200 AZN bonus ilə smartfon əldə etmək imkanı


1 iyun 2016-cı il tarixdə “Nar” operatorunun rəsmi tərəfdaşı olan “İrşad Electronics” mağazalar şəbəkəsinin yeni Nərimanov filialının açılış mərasimi keçirilib. Bu münasibətlə yeni mağazada xüsusi aksiyaya start verilib. Aksiya çərçivəsində istənilən şəxs heç bir ilkin ödəniş etmədən və 12 ay müddətində faizsiz şərtlərlə istədiyi smartfonu əldə edə bilir. Bundan başqa, 15 iyun tarixinədək davam edəcək aksiyaya qoşulanlar “Nar” operatorundan nömrə, 6 ay müddətində istifadə olunacaq 200 AZN şəbəkədaxili danışıq balansı və 1,5 GB internet trafiki hədiyyə qazanırlar.

Beləliklə, “İrşad Electronics” Nərimanov filialından smartfon alaraq “Nar” nömrəsi əldə etmiş hər bir müştəri 6 ay müddətində mobil operatordan aylıq 33,33 AZN danışıq balansı və 250 MB internet trafiki hədiyyə qazanır. “İrşad Electronics” mağazalar şəbəkəsinin Təbriz küçəsi 108/5 ünvanda yerləşən dükanında hər hansı bir smartfonu əldə etməklə kampaniyadan yararlanmaq mümkündür.

Kampaniya haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənə bilərsiniz.

Aid olduğu bloglar

Azerfon

Azərbaycanın 3-cü GSM operatoru Azerfon Nar Mobile haqqında xəbərlər. Kompaniyalar, tariflər və yeniliklər.

Oxucuları
22
Başlıqları
64
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər