“Nar” media nümayəndələrinə mobil rabitədən danışdı


May ayının 12-də “Nar” media nümayəndələri üçün “Mobil rabitənin əsasları” mövzusunda təlim təşkil etdi. Təlimə qatılan jurnalistlər, bloqqerlər və ictimaiyyət nümayəndələri mobil şəbəkənin fəaliyyəti, mobil internetin əsasları, 2G, 3G və 4G rabitə texnologiyaları haqqında nəzəri və təcrübi biliklər əldə etdilər.

“Mobil Rabitənin Əsasları” təlimi “Nar”-ın yerli mütəxəssislərindən ibarət peşəkar texniki heyət tərəfindən keçirildi. Təlim zamanı media nümayəndələrinə yüksəkkeyfiyyətli “Nar” şəbəkəsi haqqında məlumat verilməklə yanaşı baza stansiyaları ilə də əyani surətdə tanış olmaq fürsəti təqdim edildi.


Texniki şöbənin əməkdaşları müxtəlif şəbəkə sınaqları keçirərək, texniki avadanlıqların yüksək fəaliyyətini nümayiş etdirdilər. Yeni 4G avadanlıqlarının iş prinsipi təlim iştirakçılarının böyük marağına səbəb oldu. İştirakçılara mobil texnologiyanın gələcək inkişaf perspektivləri haqqında ətraflı məlumat verilməklə yanaşı “Nar” şəbəkəsinin qurulması və yenilənməsi zamanı ən son texnologiyadan istifadə edilməsi haqqında məlumat təqdim edildi.

Təlimdə “Nar” şəbəkəsinin son 2 il ərzində 2 dəfədən çox artması və 5600-dən artıq baza stansiyadan ibarət dayanıqlı şəbəkənin abunəçilərə yüksək keyfiyyətli xidmət göstərməsi vurğulandı. Sonda, təlim iştirakçıları “Mobil Rabitənin Əsasları” təlimində uğurla iştirak etdikləri barədə sertifikatlarla təltif olundular.

Aid olduğu bloglar

Azerfon

Azərbaycanın 3-cü GSM operatoru Azerfon Nar Mobile haqqında xəbərlər. Kompaniyalar, tariflər və yeniliklər.

Oxucuları
22
Başlıqları
64
Reytinq
2.32

Korporativ: Nar Mobile

Şəbəkə Azərbaycanın 80%-ni əhatə edir. Hazırda abunəçilərinin sayı 2 milyondur.

Oxucuları
1
Başlıqları
34
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər