"Nar Mobile" cəbhə bölgəsinə bu cür dəstək göstərdi


«Nar Mobile» cəbhə bölgələrində vəziyyətin gərginləşməsi və əhalinin mobil rabitəyə artan ehtiyacını nəzərə alaraq, bu bölgələrdə yaşayan abunəçilərinin balansına gündəlik ölkədaxili hər yönə 100 danışıq dəqiqəsi, 100 qısa mesaj (SMS) və 100 meqabayt internet yükləyib.

Ağdam, Füzuli və Tərtər daxil olmaqla, cəbhəyanı ərazilərdə yaşayan və nömrəsi aktiv olan (zəng qəbul edən və zəng edən) abunəçilərin balansına artıq müəyyən müddətdə hər gün «Nar Mobile» tərəfindən təqdim olunan 100 dəqiqə, 100 SMS, 100 MB internet yüklənəcək.

Həmçinin, «Nar Mobile» cəbhə bölgələrində şəbəkənin keyfiyyətinə xüsusi nəzarət edir.

Aid olduğu bloglar

Azerfon

Azərbaycanın 3-cü GSM operatoru Azerfon Nar Mobile haqqında xəbərlər. Kompaniyalar, tariflər və yeniliklər.

Oxucuları
24
Başlıqları
69
Reytinq
2.32

Korporativ: Nar Mobile

Şəbəkə Azərbaycanın 80%-ni əhatə edir. Hazırda abunəçilərinin sayı 2 milyondur.

Oxucuları
1
Başlıqları
39
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər