"Nar"dan yeni “eNəzarət” xidməti


“Nar” öz abunəçilərinə balanslarını asanlıqla yoxlamaq və idarə etmək imkanı yaradan “eNəzarət” innovativ xidmətini təqdim etdi. “eNəzarət” xidməti hər hansı bir internet səhifəsinə daxil olduqda, istifadə edilən cihazın ekranında ortaya çıxaraq, abunəçiyə balansındakı məbləğə və internet trafikinə nəzər yetirmək, balansı artırmaq, eləcə də internet paketini aktivləşdirmək imkanı verir.

“Nar” nömrəsi və ya modemi ilə internetə qoşulan istənilən smartfon, planşet və kompüterlərdə “eNəzarət” xidmətindən yararlanmaq mümkündür. “eNəzarət” xidməti HTTP tipli hər hansı bir sayta daxil olduqda, ekranın sağ tərəfində ortaya çıxır. Tamamilə ödənişsiz olan bu xidmətdən yararlanmaq üçün abunəçi daxil olduğu internet saytında “Nar” loqosuna toxunmalıdır. Bu zaman istifadəçi “eNəzarət” xidmətinin əsas səhifəsinə keçə bilər. Əsas səhifəyə daxil olmuş “Nar” abunəçisi “Nar” nömrəsinin balans məlumatlarını və internet trafikinin qalığını öyrənə, balansını artıra, internet və seçdiyi internet paketini sifariş edə bilir.

“eNəzarət” xidmətindən istifadə qaydaları haqqındakı daha ətraflı məlumatı aşağıdakı keçid vasitəsilə əldə etmək olar: www.youtube.com/watch?v=5GlA0SryEHQ

Aid olduğu bloglar

Azerfon

Azərbaycanın 3-cü GSM operatoru Azerfon Nar Mobile haqqında xəbərlər. Kompaniyalar, tariflər və yeniliklər.

Oxucuları
24
Başlıqları
69
Reytinq
2.32

Korporativ: Nar Mobile

Şəbəkə Azərbaycanın 80%-ni əhatə edir. Hazırda abunəçilərinin sayı 2 milyondur.

Oxucuları
1
Başlıqları
39
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər