Azerfon-da baş verən qəza zamanı 1 nəfər yüngül xəsarət alıb

Nar
30 Aprel tarixində saat 17:30 radələrində Azerfon şirkətinin Baş ofisinin yeməkxanasında yungul konstruksiyalı asma tavanın bir hissəninin uçması ilə müşaiyyət olunan texniki qəza baş vermişdir.

Xoşbəxtlikdən qəza nəticəsində heç bir ciddi xəsarət alan olmamışdır. Şirkətə keytrinq xidməti göstərən şirkətin əməkdaşı yüngül xəsarət almışdır və ona dərhal lazımi tibbi yardım göstərilmişdir.

Nəticələrinin aradan qaldırılması və səbəblərinin müəyyən olunması üçün hadisə yerinə dərhal aiddiyyatı qurumlar cəlb olunmuşdur. Hazırda vəziyyət nəzarət altındadır.

ƏLAVƏ OXU: Bakcell-in ötürücü stansiyalarından oğurluq edən şəxslər tutulub

Aid olduğu bloglar

Azerfon

Azərbaycanın 3-cü GSM operatoru Azerfon Nar Mobile haqqında xəbərlər. Kompaniyalar, tariflər və yeniliklər.

Oxucuları
24
Başlıqları
93
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər