Reytinq
+4.59

AzerDict

28 oxucu, 12 başlıq
RSS

Azerdict-in veb səhifəsi və dizaynı yeniləndi!

Artıq 1 həftəyə yaxındır ki sayt ın yeni – 2-ci versiyası test edildikdən sonra tam şəkildə istifadəyə verilib. Saytdakı dəyişikliklər sırf kosmetik xarakter daşımır, saytın daha sürətli fəaliyyət göstərə bilməsi və optimallaşdırılması üçün bütün kodları yenidən və ən son yeniliklərdən istifadə edilərək yazılıb. Nəzərə çarpdığı kimi saytın bir neçə bölməsi müvəqqəti, bəzi funksiyaları isə həmişəlik yeni versiyada dayandırılıb. Bu bölmələrdən Rusca-Azərbaycanca lüğət, “Bunu nəzərdə tutursunuz” (Did you mean) funksiyası, eləcə də köhnə versiyada da fəaliyyətini dayandırmış Sual-Cavab bölməsi daha fərqli tərtibatda yenidən ən qısa...

AzerDict iOS Tətbiqi

AzerDict lüğətinin iPhone versiyasi artıq hazırdır. Görünüşü və funksionallığı demək olar ki, Android versiyası ilə eynidir. Yani applicationda Azərbaycan-English və əksinə tərcümə bölümü və sözlərin düzgün yazılışını yoxlaya biləcəyiniz orfoqrafiya bölümü mövcuddur. Applicationun necə işlədiyini görmək üçün aşağıdakı videoya baxın. Applicationu Appstore-dan köçürə bilərsiniz Hər zamankı kimi təklif...

AzerDict Android tətbiqi

Yerli layihələrimizi dəstəkləməyə davam edirik. Növbəti addımımız AzerDict Android tətbiqidir. AzerDict-in nə olduğunu hələ də bilməyənlər üçün qısaca deyim ki, AzerDict Azerbaycanca-İngiliscə-Rusca lüğət saytıdır. Eyni zamanda saytda Azərbaycanca sözlərin düzgün yazılışını yoxlaya biləcəyiniz orfoqrafiya bölməsi də var. Hal-hazırda rusca lügət Beta olduğuna görə Android tətbiqində Azərbaycanca-İngiliscə lüğət və Orfoqrafiya...

Google Chrome AzerDict Qoşması

İngiliscə-azərbaycanca lüğətin Elvin Hacı tərəfindən AzerDict üçün hazırlanan Google Chrome ( Quql Krom ) internet bələdçisi qoşması bu gün istifadəyə verildi. AzerDict uzantısı sadə istifadəçi araüzü ( interface ) və istifadə rahatlığı ilə fərqlənir. Saytın mobil versiyasında olduğu kimi qoşmada sadəcə ingiliscə-azərbaycanca lüğət və lüğətdə istifadə olunmuş qısaltmalar yer alır. Bu qoşma sizə, Chrome bələdçisi istifadə etdiyiniz...

AzerDict Aforizmlər

AzerDict aforizm arxivini istifadəyə verdi. Hal-hazırda arxivdə 500-dən çox Azərbaycan və İngilis dilində aforizm mövcuddur və hər gün yeniləri əlavə olunur. Bu xidmətdən yararlanmaqla facebook hesabınız ilə daxil olub statuslarınızı məşhur filosof və elm xadimlərinin kəlamları ilə yeniləyə bilərsiniz. Bu şəkildə paylaşdıqdan sonra http://apps.facebook.com/azerdict/ adresindən seçdiyiniz aforizmləri yaddaşda saxlama imkanı da var....

Tercumet.com, Azerdict.com-a birləşdi

Tercumet.com 2009-cu ildə açılmış saytlardan biridir. Saytla ilk dəfə 2009-cu il 10 avqustda tanış olmuşdum . Təqribi 1 il əvvəl. Saytda Azərbaycan, İngilis, Türk dilləri arasında tərcümələr mümkün idi. Sayt uzun müddət beta versiyada xidmət göstərdi. Ötən günlərdə isə Tercumet.com qurucusu ilə AzerDict qurucuları arasında aparılan danışıqlardan sonra birgə fəaliyyət qərarı alınıb. Tercumet.com doamini AzerDict-ə bağışlanıb....

Orfoqrafiya Lüğəti İstifadəyə Verildi

AzerDict dil portalı nda orfoqrafiya lüğəti istifadəyə verildi. Orfoqrafiya lüğəti ndə müəyyən edilmiş qaydalara görə sözlərin düzgün yazılış formaları verilir. Azərbaycan dilinin orfoqrafiya lüğəti Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli 71 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş yeni orfoqrafiya qaydaları əsasında tərtib edilmişdir. AzerDict...

Rusca Lüğət Əlavə Olundu

Rus dilinin Azərbaycandakı geniş istifadəsini və eyni zamanda Azərbaycanın virtual məkanındakı təsirini nəzərə alaraq AzerDict dil portalı istifadəçilərinə sayt ənənəsinə sadiq qalaraq ikitərəfli rusca azərbaycanca lüğətinin beta versiyasını təqdim edirik. Yeni lüğətdə hər iki dildə 50 000-dən çox söz və ifadə mövcuddur. Rusca lüğət ingilis dili lüğətindən fərqli olaraq cədvəl formatında deyil. Bundan başqa, kiril əlifbası klaviaturası ilə...

Mobil versiya istifadəyə verildi

AzerDict -in mobil istifadəçilərinin də olduğunu nəzərə alaraq lüğətin mobil cihazlar üçün olan versiyasını təqdim edirik. Bu versiyaya http://m.azerdict.com keçidindən daxil ola bilərsiniz. Xatırladaq ki, AzerDict-in mobil telefonlarda istifadəsini daha da rahatlaşdırmaq və sürətləndirmək üçün lüğətin mobil versiyasında funksiyalar məhduddur. Bloq, Sual-Cavab, Günü sözü və s. bölümləri mobil versiyada fəaliyyət göstərməyəcək.

Söz bazası yeniləndi

AzerDict olaraq bir müddətdir üzərində çalışdığımız söz bazasının yenilənməsi çalışmaları sona çatdı. Çalışmamızın nəticəsində bazamıza 15,000- dən çox zooloji, botanik, İT terminlər, coğrafi adlar və bir çox yeni sözlər əlavə olunmuşdur. Bir çox heyvan, quş və bitki adlarının ingilis dilində birəbir qarşılıqları müxtəlif mənbələrdən yoxlanılaraq sayta yerləşdirilib. Coğrafi adlar olaraq da ölkələrin azərbaycan dilindəki rəsmi...

AzerDict Sual-Cavab

AzerDict, daha əvvəl də qeyd edildiyi kimi, məqsədlərindən biri olan sosial və kollektiv cəmiyyətin bünövrəsini qoymaq üçün Sual-Cavab (Question & Answers) bölməsini Azərbaycan və İngilis dili olmaq üzərə iki dildə istifadəyə verdi. Bu platformda istifadəçilər Azərbaycan və İngilis dilinə aid onları maraqlandıran sualların cavablarını müvafiq kateqoriyalarda müzakirə və fikir paylaşımı vasitəsilə tapa biləcəklər. Sual-Cavab bölməsi sualın...

AzerDict Yeni Onlayn Lüğət Səhifəsinin Açıldığını Elan Edir

Press-reliz: AzerDict Onlayn Azərbaycanca-İngiliscə və İngiliscə-Azərbaycanca lüğəti istifadəyə verdi. İstanbul, 01.02.2010 – AzerDict Azərbaycanda artan istifadəçi kütləsini və onların xarici saytlara artan marağını nəzərə alaraq internetdə Azərbaycan və İngilis dillərində ən böyük və ən əhatəli ikitərəfli tərcümə xidməti təklif edən onlayn lüğəti yayımladı. İstifadəçilərin maraqlarına və tələbatlarına cavab verəcək bir səviyyədə olması...