Reytinq
+1.13

Azercell

38 oxucu, 349 başlıq
RSS

Azercell sistemini yeniləyir?

Azercell-in internet saytında arada nasazlıqlar olur. Saytda olan problem haqqında bir dəfə ətraflı yazmışdım da. Bu yaxınlarda Twitterdə də yazmışdım , Azercell-in saytında yenə nasazlıq var. Bu dəfəki əvvəlkinə nisbətən daha fərqlidir. Axtarış etdikdə 404 erroru verir: Əvvəl elə düşünürdüm ki, bu yalnız axtarış səhifəsində belədir. Ancaq İlgar Mirzə saytın iç səhifələrinin də işləmədiyini deyib, link yollayandan sonra gördüm ki, problem ancaq axtarışda deyil. Saytın bəzi daxili səhifələrində də, eyni problem var. Belə başa düşmək olar ki, saytın daxili strukturunda nəsə yenidənqurma işləri gedir. Maraqlıdır,...

Azercell 3G lisenziyasını alır?

Uzun müddətdir Azercell 3G lisenziyası üçün müraciətlərini edirdi. Deyəsən artıq lisenziyanın alınması məsələsi aktuallaşır. Azercell`in işçilərinin birindən aldığım qeyri-rəsmi məlumata görə artıq daxili 3G testləri yenidən edilir. Lisenziya alınmadığına görə testlər dayandırılmışdı. Ancaq son zamanlarda yenidən testlərə başlanıb. Texniki heyətin testlərə başlamağı lisenziyanın verilməyə yaxın olduğundan xəbər verir. Hər halda...

Azercell`in Datakart üçün yeni reklamı [video]

Bu gün Mak.az `da gördüm bu reklamı : Artlab reklam agentliyi Azercell üçün yeni, imic xarakterli reklam çarxı hazırlayıb. Reklam çarxı Azercell-ə məxsus Datakart üçün hazırlanıb. Belə görsənirdiki, deyəsən Azercell 3G lisenziyasını ala bilmədiyi üçün gücünü verir bu Datakarta. Beləcə imic reklamları ilə aktual saxlamağa çalışır. Mənə isə o maraqlıdır ki, görən bu 3G`dən sonra bu Datakart`ın aqibəti necə...

Azercell - Mobile Call Barring xidməti

Qeyri-rəsmi mənbələrdən aldığım məlumata görə Azercell də yeni bir xidmət istifadəyə veriləcəkmiş. Hələki rəsmi olaraq xidmət istifadəyə verilməyibdi. Düzü son zamanlarda bu Azercell spamları çoxalıbdı, elə bunla bağlı bir araşdırma eləyəndə rastlaşdım bu xəbərlə də. Yeni xidmətin adının Mobile Call Barring adlanması gözlənilir. Bəs bu «Mobile Call Barring» nədir? Bunun vasitəsi ilə siz öz contact əlaqələrinizi, sizə gəlib-gedən...

Azercell-in Virtual Müştəri Xidməti səhifəsində "Texniki səhv"

Axşamüstü tezbazar SMS göndərmək üçün Azercell-in Webmesaj səhifəsinə daxil oldum. SMS-i göndərəndən sonra, "Ödəmələr" bölməsinə keçdim. Ən sonuncu ödəmə tarixini görəndə, bir az çaşdım. Çünki göstərilən tarixdə mən balansa kontur yükləməmişəm. Ən maraqlısı isə, son ödənilən kontur sayı idi. Şəkildən gördüyünüz kimi, sıfır kontur. Tənbəllik eləməyib 2002-yə zəng etdim. Operator cavab verdi, bu haqda ona məlumat verdim....

Azercell`in WebmesajCell`ində mənfi amillər.

Artıq bir neçə vaxtdır ki, Azercell Webmesajcell xidmətində təkmilləşdirmələr edibdi. Əvvəl belə idi ki, gün ərzində Azercell abonentlərinə 10 pulsuz SMS yollamaq olurdu. Ancaq dəyişiklikdən sonra bir neçə daha əlavələr olubdu. Belə ki, artıq ölkədaxilində bütün mobil operatorlar istiqamətində 100 ödənişli mesaj göndərmək imkanı var. Mesajı yollayırsan və səndən kontur çıxırlar. Mənfi hal isə elə məhz buradadırki, kontur...

Azercell`in internet saytı işləmir. - #3

Bu gün uzun bir müddət Azercell `in saytı işləməyibdi ( mən yazını yazanda da işləmirdi ). Yəqinki buna nəsə bir açıqlama gətirərlər. Bu əsasən serverlə bağlı olan hadisədir. Ola bilsinki ya DNS`lərində nəsə bir problem var. Bəlkə də serverlərini dəyişirlər. Sayta daxil olanda 502 erroru verir. Ancaq saytın wap versiyasına daxil olanda normal şəkildə daxil olmaq mümkün olur. Eyni zamanda web mesaj xidməti də...

“Azercell Telekom” şirkətinə 3G lisenziyası veriləcək”

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın vaxtlarda “ Azercell Telekom ” şirkətinə 3G xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş lisenziyanı təqdim etmək niyyətindədir. Bu xəbərlər bu gün xeberler.az `da rastlaşdım. Dediklərinə görə lisenziyanı verəcəklərmiş. Guya bir neçə sənəd hazırlamayıbmış Azercell `in. Maraqlıdır görən nə vaxta veriləcək lisenziya. Hər halda bir operatorda olmasa yaxşıdır lisenziya....

Sizin ideyanız var ?

Lakin onu həyata keçirməyə imkanınız yoxdur? Ideyanızı bizimlə paylaşın və Barama layihəsinə qoşulun! Barama layihəsinin əsas məqsədi İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) ilə bağlı yeni ideyaların tədqiqatı, təkmilləşdirilməsi və nəhayət həyata keçirilməsini təmin etməkdir. Layihədə iştirak etmək üçün aşağıdakı “İnnovasiya təklif forması”-nı dolduraraq, ideyanızı və digər əlaqəli sənəd və materialları Azercell-ə göndərin....

“Azercell” şirkətində təcrübə proqramı

Azercell-də təcrübə proqramı şirkəti daha yaxından tanımağa və burda karyera qurmağa real imkanlar yaradır. Təcrübə proqramı uğurlu namizədlərə bacarıqlarını və telekommunikasiya sahəsində təcrübələrini inkişaf etdirməyi, həmçinin maraqlı və məsuliyyətli layihələrə qatılmağı təklif edir. Bu ilki təcrübə proqramı İKT-nin ən dinamik qruplarından birində — Servis və Məhsulların İnkişaf etdirilməsi qrupunda nəzərdə tutulmuşdur. Təcrübənin...