Reytinq
+1.13

Azercell

32 oxucu, 219 başlıq
RSS

WebMesajCELL xidmətindən göndərilən SMS-lərdə yenilik

Azercell rəsmi blogunda WebMesajCELL xidmətindəki yenilik barədə məlumat verib . Bu gündən etibarən, bütün Azercell abonentlərinə WebMesajCELL xidməti vasitəsilə daxil olan SMS-lər artıq WebMesaj ünvanindan deyil, göndərən şəxsin nömrəsindən gələcək. Həmin mesajı birbaşa cavablandırmaq mümkün olacaq. Servisi yoxlayanda görmək mümkün olur ki, SMS-lərdə nömrədər gedir. Beləcə cavablamaq daha rahat olur. Ancaq SMS-in internetdən gəldiyi də qeyd olunur. Mətnin qarşısında WebSMS: sonra isə SMS-in mətni gəlir.

Azercell online müştəri xidmətləri

Abonentlərə sayt vasitəsilə canlı şəkildə istənilən xidmət göstəriləcək. Fəaliyyətini abonentlərinin rahatlığına yönəldən Azercell bu dəfə online müştəri xidmətlərini istifadəyə verir. İyulun 6-dan etibarən hanısa sualı olan və ya öz nömrəsində əməliyyat aparmaq istəyən abonentlər şirkətin rəsmi www.azercell.com saytında qeydiyyatdan keçməklə online müştəri xidmətlərindən yararlana biləcəklər. Artıq müştəri xidmətlərinə getmək...

Azercell-in yeni tarifləri açıqlandı

Azercell Telekom MMC fəaliyyətində yeni bir mərhələyə qədəm qoydu. Şirkət danışıq haqqının hesablanmasında yeni sistemə keçir. Artıq SimSim abonentlərin danışıqları konturla deyil, manatla hesablanacaq. Qeyd edək ki, Azercell 1998-ci ildə dünyada əvvəlcədən ödəmə və danışıqların konturlarla ölçülməsini tətbiq edən ilk şirkətlərdən olub. Bu sistemin tətbiqi həmin dövrdə zamanın tələbi idi. Bu gün SimSim abonentləri üçün kontur əvəzinə...

Azercelldə kontur yığışır, tariflərin qiyməti daha aydın görünür.

Nəhayət konturlardan canımız qutarır. Mənim yadımda qaldığı qədər konturu elə Azercell mobil sahəyə gətirmişdi. Bu gün həm marketing saytında , həm twitterdə bu haqda rəsmi məlumatlar gördüm. Konturlarla qiymətlər hesablananda, hesabları idarə etmək çətin olurdu. Heç də hər kəs konturla danışanda dəqiqədə neçə qəpik ödədiyini bilmirdi. İndi bu kimi məsələlər daha aydın olacaq. May ayının 1-dən etibarən yeni sistemə...

“Azercell” 2010-cu ilin yekunlarını açıqladı

Press-reliz: Fevralın 9-da keçirilən mətbuat konfransında “Azercell Telekom” MMC 2010-cu ilin nəticələri haqqında mətbuatı məlumatlandırıb. Hal-hazırda şirkət Azərbaycanın mobil rabitə bazarının 54,6% -nə nəzarət edir. Ölkənin 80%-ni əhatə edən şəbəkə imkan verir ki, Azərbaycan əhalisinin 99,8% -i “Azercell”in keyfiyyətli və etibarlı rabitə xidmətlərindən yararlana bilsin. Son bir il ərzində 300 minə yaxın insan öz seçimini...

Azercell - BlackBerry istifadəçilərinin diqqətinə

Twitterdə, @Azercell hesabından xəbərdarlıq tweet-i edilib : DİQQƏT: Təkmilləşdirilmə işləri ilə əlaqədar 14.11.10da gecə saatları BlackBerry xidmətlərin istifadəsində bəzi çətinliklər yarana bilər. Noyabr ayının 14-ü BlackBerry telefonlarının istifadəsində problem yaranma ehtimalı ilə əlaqəli yazıdır. Təkmilləşdirmə işlərinin hansı yolda aparıldığı barədə məlumat yoxdur. Azercell-in rəsmi saytında da bu barədə məlumatla...

Azercell (Barama) , CİSCO və USAİD birgə layihəsi

Barama layihəsinin uğurunu daha da gücləndirmək üçün “Azercell” bu proqramda “CİSCO” şirkəti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə birgə fəaliyyət göstərir. Razılaşmaya əsasən, Azərbaycanda fəaliyyət göstərən “CİSCO” şirkətinin nəzdindəki Sahibkar İnstitutunun vasitəsilə Barama layihəsinin iştirakçılarına biznes planlaşdırma bacarıqları, İnternet biznes həll variantları, biznes məsləhəti, tədris və xidmətləri sahəsində yardım...

Azercell rebrendinq edir

Ölkənin ən böyük GSM Operatoru Azercell rebrendinq edir. Artıq bu haqda kimiləri çoxdan xəbərdardır, kimiləri isə son zamanlarda xəbərdar olub. Fikrimcə bizim oxucularımızın hamsı xəbərdardır. Bir neçə vaxtdır ki, artıq Twitter də bu barədə yazılar gedir. Əslində bu rebrendinq məsələsi uzun müddətdir var idi. Artıq 1 ilə yaxındır. Bu barədə Mak.az forumunda 8 iyun 2009 tarixində bir mövzu açılmışdı . Buna qədər iki dəfə cəhd...

Azercell sistemini yeniləyir?

Azercell-in internet saytında arada nasazlıqlar olur. Saytda olan problem haqqında bir dəfə ətraflı yazmışdım da. Bu yaxınlarda Twitterdə də yazmışdım , Azercell-in saytında yenə nasazlıq var. Bu dəfəki əvvəlkinə nisbətən daha fərqlidir. Axtarış etdikdə 404 erroru verir: Əvvəl elə düşünürdüm ki, bu yalnız axtarış səhifəsində belədir. Ancaq İlgar Mirzə saytın iç səhifələrinin də işləmədiyini deyib, link yollayandan...

Azercell 3G lisenziyasını alır?

Uzun müddətdir Azercell 3G lisenziyası üçün müraciətlərini edirdi. Deyəsən artıq lisenziyanın alınması məsələsi aktuallaşır. Azercell`in işçilərinin birindən aldığım qeyri-rəsmi məlumata görə artıq daxili 3G testləri yenidən edilir. Lisenziya alınmadığına görə testlər dayandırılmışdı. Ancaq son zamanlarda yenidən testlərə başlanıb. Texniki heyətin testlərə başlamağı lisenziyanın verilməyə yaxın olduğundan xəbər verir. Hər halda...

Azercell`in Datakart üçün yeni reklamı [video]

Bu gün Mak.az `da gördüm bu reklamı : Artlab reklam agentliyi Azercell üçün yeni, imic xarakterli reklam çarxı hazırlayıb. Reklam çarxı Azercell-ə məxsus Datakart üçün hazırlanıb. Belə görsənirdiki, deyəsən Azercell 3G lisenziyasını ala bilmədiyi üçün gücünü verir bu Datakarta. Beləcə imic reklamları ilə aktual saxlamağa çalışır. Mənə isə o maraqlıdır ki, görən bu 3G`dən sonra bu Datakart`ın aqibəti necə...

Azercell - Mobile Call Barring xidməti

Qeyri-rəsmi mənbələrdən aldığım məlumata görə Azercell də yeni bir xidmət istifadəyə veriləcəkmiş. Hələki rəsmi olaraq xidmət istifadəyə verilməyibdi. Düzü son zamanlarda bu Azercell spamları çoxalıbdı, elə bunla bağlı bir araşdırma eləyəndə rastlaşdım bu xəbərlə də. Yeni xidmətin adının Mobile Call Barring adlanması gözlənilir. Bəs bu «Mobile Call Barring» nədir? Bunun vasitəsi ilə siz öz contact əlaqələrinizi, sizə gəlib-gedən...

Azercell-in Virtual Müştəri Xidməti səhifəsində "Texniki səhv"

Axşamüstü tezbazar SMS göndərmək üçün Azercell-in Webmesaj səhifəsinə daxil oldum. SMS-i göndərəndən sonra, "Ödəmələr" bölməsinə keçdim. Ən sonuncu ödəmə tarixini görəndə, bir az çaşdım. Çünki göstərilən tarixdə mən balansa kontur yükləməmişəm. Ən maraqlısı isə, son ödənilən kontur sayı idi. Şəkildən gördüyünüz kimi, sıfır kontur. Tənbəllik eləməyib 2002-yə zəng etdim. Operator cavab verdi, bu haqda ona məlumat verdim....

Azercell`in WebmesajCell`ində mənfi amillər.

Artıq bir neçə vaxtdır ki, Azercell Webmesajcell xidmətində təkmilləşdirmələr edibdi. Əvvəl belə idi ki, gün ərzində Azercell abonentlərinə 10 pulsuz SMS yollamaq olurdu. Ancaq dəyişiklikdən sonra bir neçə daha əlavələr olubdu. Belə ki, artıq ölkədaxilində bütün mobil operatorlar istiqamətində 100 ödənişli mesaj göndərmək imkanı var. Mesajı yollayırsan və səndən kontur çıxırlar. Mənfi hal isə elə məhz buradadırki, kontur...

Azercell`in internet saytı işləmir. - #3

Bu gün uzun bir müddət Azercell `in saytı işləməyibdi ( mən yazını yazanda da işləmirdi ). Yəqinki buna nəsə bir açıqlama gətirərlər. Bu əsasən serverlə bağlı olan hadisədir. Ola bilsinki ya DNS`lərində nəsə bir problem var. Bəlkə də serverlərini dəyişirlər. Sayta daxil olanda 502 erroru verir. Ancaq saytın wap versiyasına daxil olanda normal şəkildə daxil olmaq mümkün olur. Eyni zamanda web mesaj xidməti də...

“Azercell Telekom” şirkətinə 3G lisenziyası veriləcək”

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın vaxtlarda “ Azercell Telekom ” şirkətinə 3G xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş lisenziyanı təqdim etmək niyyətindədir. Bu xəbərlər bu gün xeberler.az `da rastlaşdım. Dediklərinə görə lisenziyanı verəcəklərmiş. Guya bir neçə sənəd hazırlamayıbmış Azercell `in. Maraqlıdır görən nə vaxta veriləcək lisenziya. Hər halda bir operatorda olmasa yaxşıdır lisenziya....

Sizin ideyanız var ?

Lakin onu həyata keçirməyə imkanınız yoxdur? Ideyanızı bizimlə paylaşın və Barama layihəsinə qoşulun! Barama layihəsinin əsas məqsədi İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) ilə bağlı yeni ideyaların tədqiqatı, təkmilləşdirilməsi və nəhayət həyata keçirilməsini təmin etməkdir. Layihədə iştirak etmək üçün aşağıdakı “İnnovasiya təklif forması”-nı dolduraraq, ideyanızı və digər əlaqəli sənəd və materialları Azercell-ə göndərin....

“Azercell” şirkətində təcrübə proqramı

Azercell-də təcrübə proqramı şirkəti daha yaxından tanımağa və burda karyera qurmağa real imkanlar yaradır. Təcrübə proqramı uğurlu namizədlərə bacarıqlarını və telekommunikasiya sahəsində təcrübələrini inkişaf etdirməyi, həmçinin maraqlı və məsuliyyətli layihələrə qatılmağı təklif edir. Bu ilki təcrübə proqramı İKT-nin ən dinamik qruplarından birində — Servis və Məhsulların İnkişaf etdirilməsi qrupunda nəzərdə tutulmuşdur. Təcrübənin...