Azercell ilə rabitənin yeni imkanları


Azercell 2018-ci ilin nəticələrini açıqladı

Azərbaycana bir sıra texnoloji yeniliklər gətirən, innovativ həllər, müasir xidmətlər vasitəsilə abunəçilərin həyatını asanlaşdırmaq və rəqəmsallaşdırmağı qarşısına məqsəd qoyan, Azərbaycanın ilk GSM operatoru Azercell, ölkə əhalisinin 99,8 %-ini, ərazisinin isə 99,1%-ini (işğal olunmuş ərazilər xaric) əhatə edərək, ölkənin telekommunikasiya sektorunda 49% bazar payı ilə lider mobil operator mövqeyində qərarlaşmağa davam edir.
Ölkənin qeyri neft sektorunun ən iri vergi ödəyicisi kimi Azərbaycan iqtisadiyyatına hər zaman öz töhfəsini verən Azercell şirkəti 2018-ci ildə dövlət büdcəsinə 94,5 milyon manat, 22 il ərzində isə 1 milyard 732,3 milyon manat həcmində vəsait ödəyib. Azercell ölkədə telekommunikasiyanın inkişafına ötən il 59,5 milyon ABŞ dolları, 22 il ərzində 1 milyard 527 milyon ABŞ dollarından artıq sərmayə yatırıb. Şirkət 2018-ci ildə insan qaynaqlarının inkişafına 880 000 min ABŞ dollarına yaxın, sosial layihələrə isə 266 000 ABŞ dollarından çox vəsait xərcləyib.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
38
Başlıqları
387
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər