Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb


“Azercell Telecom” MMC ölkənin lider mobil operatoru olmaqla yanaşı, həm də öz fəaliyyətində insanların həyatının yaxşılaşdırılmasına yönəlmiş sosial layihələrə xüsusi yer ayıran bir şirkətdir.
Belə layihələr sırasına “Mobil Göz Klinikası “ və “Mobil Diş Klinikası ”nı aid etmək olar. Fəaliyyətləri dövründə adıçəkilən klinikalar tək Bakı deyil, həm də regionlara səfər edərək, valideyn himayəsindən məhrum uşaqları, qocaları, az təminatlı ailələri, məcburi köçkünləri müayinə və müalicə ilə təmin edib. 2018-ci il ərzində Bakı və Abşeron ərazisində ümumilikdə 628 uşaq “Mobil Diş Klinikası”nın xidmətlərindən yararlanıb, 8 illik fəaliyyəti ərzində isə tibbi yardım almış şəxslərin sayı 5000-i keçib. 2011-ci il iyun ayının 1-ində Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan “Mobil Göz Klinikası” bu illər ərzində 7500-ə yaxın şəxsə tibbi yardım göstərib. Qeyd edək ki, bu layihələr çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
38
Başlıqları
349
Reytinq
1.13

0 şərh

unitedsoftwareconsultants
Very nice post and also very interesting too. Thanks for sharing here a useful article. Nopcommerce development company

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər