Azercell-in Barama Mərkəzi və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalandı


Ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin formalaşmasına yönəlik uğurlu layihələriylə seçilən “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi innovativ mühitin inkişaf etdirilməsi üçün bir sıra qlobal təşkilatlar, qurumlar və Qeyri Hökumət Təşkilatları ilə əməkdaşlıq edir. Mərkəz innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə, İKT sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə öz töhfəsini vermək məqsədilə Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlığa başlayır. İki qurum arasında imzalanan memoranduma əsasən YT Park ilə Azercell arasında elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsi aparılacaq, əməkdaşların ixtisas səviyyəsinin artırılması məqsədilə təlimlər təşkil ediləcək, elmi-texniki innovasiya sahəsində əməkdaşlıq edilərək, müştərək layihələr hazırlanacaq. Bundan əlavə mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi və gənc startapçıların yetişdirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir. Yüksək texnologiyalar sektorunda təhsil üçün ən yüksək beynəlxalq standartlarda şəxslərin və institutların inteqrasiyasının genişləndirilməsi, laboratoriyaların yaradılması imkanlarının araşdırılması və mövcud laboratoriyalardan və kadr potensialından birgə istifadə edilməsi, eyni zamanda birgə proqramlarda internetə çıxış kimi resursları və imkanları ilə tələbələrin təmin edilməsi də memorandumda əksini tapıb.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
37
Başlıqları
310
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər