Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

“Azercell Telekom” MMC interneti məktəblilər üçün təhlükəsiz etmək məqsədilə ölkə boyu şagirdlər, müəllimlər və valideynlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlərini davam etdirir. 2018-2019-cu illərdə Bakı ilə yanaşı regionlarda da bu faydalı təşəbbüslə çıxış etməyi hədəfləyən şirkət bu dəfə 1-5 oktyabr tarixlərində Qəbələ şəhərində 5 saylı məktəbdə 123 şagird, 26 müəllim və 21 valideynin iştirakı ilə təlim təşkil edib. Təlimlərdə şagirdlərə internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məsləhətlər, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları haqqında məlumatlar verilib. Ümumillikdə təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir. Məlumat üçün bildirək ki, ötən ildən başlayaraq Azercell-in təşkilatçılığı ilə Bakının bir çox məktəblərində yüzlərlə şagird müəllim və valideynlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlər keçirilir.
Qeyd edək ki, Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə son illər cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrildiyini nəzərə alan şirkət 2 il bundan əvvəl uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönələn “Universal Müdafiə” “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. “Azercell Plus Təhlükəsizlik” xidmətinin üstün cəhətlərindən biri İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Bu proqram uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, övladların qoşulduğu qruplardan xəbərdar olmağa, uşaqların yerini müəyyənləşdirmək və onlar üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.
Nəzərinizə çatdıraq ki, 2017-ci ildə Azercell-in xüsusilə Azərbaycanda kiber təhlükəsizliyin təmin və təbliğ edilməsinə dair gördüyü işlər xarici ekspertlər tərəfindən də uğurlu fəaliyyət kimi dəyərləndirilərək, bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
37
Başlıqları
310
Reytinq
1.13

Korporativ: Azercell

Azercell gsm operatordur. Azərbaycanın 80%-ini əhatə edir.

Oxucuları
7
Başlıqları
60
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər