2568 uşaq problemlərinin həlli üçün Azercell-in “Uşaq Qaynar Xətt Xidməti”nə müraciət edib


“Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” bu ilin 9 ayı üçün hesabatını açıqlayib. Ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etmək məqsədi daşıyan Uşaq Qaynar Xəttinə 2018-ci ilin yanvar-sentyabr aylarında 2568 müraciət daxil olub. Daxil olan zənglərin 27-si psixoloji, 45-i hüquqi, 240-ı təhsil (49 Dövlət İmtahan Mərkəzi, 166 Təhsil Nazirliyi, 25 bağça), 17-si səhiyyə, 14-ü sosial, 31-i isə digər sahələrə aid edilib. Məktəbdə müəllimləri, evdə valideyləri tərəfindən zorakılıqla üzləşən uşaqlar Uşaq və Gənclərin sosial reabilitasiya mərkəzinə psixoloji reabilitasiya keçmək üçün yönləndirilib. Eyni zamanda psixoloji problemləri olan, valideynlərinin ayrılığını çətin yaşayan yeniyetmələrə kömək üçün Uşaq Hüquqları klinikasına müraciət edilib. Hüquqi və sosial çətinliklər yaşayan uşaqların probleminin həlli istiqamətində rayon İcra Hakimiyyətləri ilə görüşlər təşkil edilib. Digər tərəfdən daxil olan zənglər üzrə aparılan təhlillərdən bəlli olub ki, uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır. Eyni zamanda müraciət edənlər arasında şəxsiyyətlərarası konfliktlərdən əziyyət çəkənlər də çoxluq təşkil edir. Xidmət göstərdiyi 8 il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32 000-dən artıq zəng daxil olub.
Nəzərinizə çatdıraq ki, Qaynar xətt hazırda saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir, bura həm şəhərdaxili, həm də Azercell nömrələrinə (012 480 22 80; 050/051 680 22 80) zənglə, habelə e-poçt xidməti ([email protected]) və internet saytı (www.childhelpline.az) vasitəsilə müraciət etmək mümkündür.
2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə Xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Aqstafa) yaşayan uşaqlara da xidmət göstərir.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
38
Başlıqları
324
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər