Azercell-in Barama Mərkəzi “Gələcəyi qur" layihəsində məktəblilərə dəstək oldu


“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə təhsilin inkişafına və gənclərin uğurlu karyera qurmasına dəstək məqsədilə həyata keçirilən layihə və tədbirlərdə fəal iştirakını davam etdirir. Mərkəz bu dəfə “Chevron Xəzər” LTD-nin maliyyə dəstəyi və “Junior Achievement Azerbaijan”-nın təşkilatçılığı ilə həyata keçirilən «Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı» layihəsində tərəfdaş kimi çixış edir. Yuxarı sinif şagirdlərini müasir əmək bazarının tələbləri, müxtəlif peşələr və iş dünyası ilə tanış edərək onlara öz bacarıq və maraqlarına uyğun ixtisas seçimində və gələcək karyeralarını rasional şəkildə müəyyənləşdirməkdə yol göstərmək məqsədi daşıyan layihə çərçivəsində məktəblilər Barama Mərkəzində qonaq olublar. 30 şagirdin iştirakı ilə keçirilən görüşdə məktəblilər Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin faəliyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Mərkəzin əməkdaşları indiyə qədər startap və gənclərlə həyata keçirilən layihələr haqqında məlumat veriblər. Eyni zamanda uğurlu karyeranın mümkünlüyündən, yaranmaqda olan yeni ixtisaslar, peşə təliminin vacibliyi, iş etikası və iş yerindəki dəyərlər haqqında, müasir əmək bazarında innovasiyaların rolundan danışıblar. Görüşün sonunda mərkəz əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallar da cavablandırılıb. Qeyd edək ki, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə bugünə kimi Bakıda yerləşən ümumtəhsil müəssisələrindən yüzlərlə şagirdi “Məqsədli Karyera” təlim proqramına cəlb edib.
Məlumat üçün bildirək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yarandığı gündən etibarən bilik və bacarıqların artırılması məqsədilə məktəblilər üçün bir sıra maraqlı layihələr həyata keçirib. Seminar və təlimlərin təşkili, yay-qış məktəb proqramlarını həyata keçiriməsi və Olimpiadalara hazırlıq kurslarında məktəblilərə dəstək Baramanın əsas fəaliyyət istiqamətlərindəndir.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
37
Başlıqları
303
Reytinq
1.13

Korporativ: Azercell

Azercell gsm operatordur. Azərbaycanın 80%-ini əhatə edir.

Oxucuları
7
Başlıqları
60
Reytinq
0.00

0 şərh

IdaWallace
Wonderful job done by Azercell Telecom LLC Barama Innovation and Entrepreneurship Center as it was continuously active and participation in projects and events which aim is to support education development and successful career of young people. Marketing students — http://www.assignmenthelpfolks.com/marketing/ of Assignment Help Folks, would be very happy after getting details of this event as they are looking for such kind of project and event which encourage them to be successful in their career and make bright future.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər