Azercell media nümayəndələri üçün ingilis dili kurslarını bu il də davam etdirir


Azərbaycanda KİV nümayəndələrinin inkişafına, onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına, həmçinin ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə çoxsaylı layihələr həyata keçirən “Azercell Telekom” MMC bu il də jurnalistlər üçün ingilis dili kurslarını təşkil edir. Oktyabr ayında start veriləcək kurslar çap, elektron və teleradio kütləvi ınformasiya vasitələrində çalışan aktiv peşəkarlar üçün açıqdır. Kurslarda iştirak etmək üçün jurnalistikada ən azı bir il iş təcrübəsinə malik olan şəxslər KİV-də dərc olunan 3 məqaləsini və jurnalist vəsiqəsinin surətini 2 həftə ərzində [email protected]
elektron ünvanı vasitəsilə şirkətə təqdim etməlidirlər. Dərslər ixtisaslaşmış ingilis dili müəllimləri tərəfindən əyani şəkildə həftədə 2 dəfə keçiriləcək. Qeyd edək ki, Azercell-in təşkil etdiyi xarici dil kurslarında yüzlərlə KİV nümayəndəsi iştirak edib.
Məlumat üçün bildirək ki, fəaliyyətə başladığı gündən etibarən Azercell media qurumlarının irəli sürdüyü təşəbbüsləri dəstəkləyir, jurnalistlərin peşəkar inkişafına yardım edən layihələri reallaşdırır, müxtəlif mövzularda seminar və təlimlərin təşkilini, bir sözlə, ölkəmizdə jurnalistikanın inkişfına yardım edən layihələrə dəstəyini davam etdirir.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
37
Başlıqları
303
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər