Ramazan bayramında Azercell abunəçilərinə pulsuz dəqiqələr


Azercell Telekom hər zamankı kimi müştərilərinin qayğısına qalaraq Ramazan Bayramı münasibətilə abunəçilərinə əsl bayram kampaniyasını təqdim edir. Doğmalarınız ilə bayram sevincini yaşamaq və sevdiklərinizlə bolluca danışmaq üçün şirkət bütün Fakturalı xətt və SimSim abünəçilərinə 60 şəbəkədaxili dəqiqə hədiyyə edir. Kampaniyadan yararlanmaq üçün 15-16.06.2018 tarixlərində RAMAZAN yazıb 5005-ə SMS ilə göndərmək kifayətdir. 5005-ə göndərilən istək SMS-ləri pulsuzdur. Təqdim olunan pulsuz dəqiqələrdən 2 gün ərzində istifadə etmək mümkündür. Hər abunəçi kampaniyadan yalnız 1 dəfə yararlana bilər.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
37
Başlıqları
294
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər