Azercell “Əlilliyi olan tələbə və məzunların1-ci əmək yarmarkası”nda


Hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki məhdudiyyətli insanlar təşkil edir. Ölkəmizdə isə 6 min nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq var. 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlilliyi olan şəxslərin tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması, onların sosiallaşması üçün dövlət tərəfindən mütəmadi müxtəlif tədbirlər həyata keçirilir. Mayın 5-də Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNEC-in birgə təşkilatçılığı ilə əlilliyi olan tələbələr üçün keçirilən əmək yarmarkasında da məqsəd məhz əlilliyi olan gənclərin məşğulluğunun təmin edilməsi idi. Dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak etdiyi yarmarkada Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC fəallığı ilə seçilib. Şirkətin İnsan Qaynaqları Departamentinin nümayəndələri Azercell-ə işə qəbul olmaq istəyən əlilliyi olan tələbələr üçün informasiya sessiyaları təşkil edib və şirkətdə mövcud olan vakansiyalar barədə iştirakçıları məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları Azercell-ə işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat veriblər, eyni zamanda məzunları maraqlandıran sualları cavablandırıblar. Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.
Qeyd edək ki, Azercell əlil uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına yardım göstərmək məqsədilə 2014-cü ildən Uşaq Paralimpiya Komitəsinə dəstək verir.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
37
Başlıqları
314
Reytinq
1.13

Korporativ: Azercell

Azercell gsm operatordur. Azərbaycanın 80%-ini əhatə edir.

Oxucuları
7
Başlıqları
60
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər