Azercell III Buktreyler Festivalına dəstək verir


Mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra uğurlu layihələrə imza atan Azercell Telekom bu dəfə ölkəmizdə keçirilən III Buktreyler Festivalına dəstək verib. Şirkət AR Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının!” sloqanlı Buktreyler Festivalının tərəfdaşı qismində iştirak edir. Kitab və mütaliənin cəmiyyətimizdə təbliği, maarriflənmənin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, eləcə də kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması məqsədi daşıyan festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən Buktreylerlər iştirak etmək imkanı qazanırlar.

Hazırda işlərin qəbulu başa çatıb. Mükafatlandırma mərasimi mayın əvvəllərində, «Beynəlxalq Kitab Günü” ərəfəsində baş tutacaq müsabiqədə 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları gözləyir. Müsabiqəyə təqdim olunmuş booktreylerlərə ölkəmizin tanınmış yazıçıları, kinoşünasları və ictimai xadimlərinin daxil olduğu münsiflər heyəti qiymət verəcək.

Məlumat üçün bildirək ki, mütaliənin inkişafı üçün Azercell hələ 2015-ci ildə ölkəmizdə alternativi olmayan Bookmate layihəsini təqdim edib. Bookmate — minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil proqramdır. Bookmate daxilində abunəçilərə Azərbaycan, eləcə də, Rus, İngilis və Türk dillərindəki kitablar təqdim edilir. Səkkiz yüz əlli minlik kitabxanada ən çox satılan, ən çox oxunan, ən yaxşı satılan, ən məşhur klassik və müasir əsərləri və digər nümunələri əldə etmək mümkündür. Cəmi 3,5 AZN-lik aylıq abunə olmaqla Bookmate istifadəçiləri istənilən kitabı oxuya və mobil cihazlarına yükləyə bilirlər. Digər vacib məqam isə ondan ibarətdir ki, burada oxucular yalnız xarici ədəbiyyat deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər. Xidmətin üstünlüklərindən biri — Bookmate kitabxanasında məşğul olmaq üçün daimi internetə ehtiyacın olmamasıdır.

Azercell Telekom bundan sonra da gənclər arasında kitab oxumaq mədəniyyətinin inkişafına yönəlik sosial layihələrin həyata keçirilməsinə dəstək olacaq.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
38
Başlıqları
324
Reytinq
1.13

Korporativ: Azercell

Azercell gsm operatordur. Azərbaycanın 80%-ini əhatə edir.

Oxucuları
7
Başlıqları
60
Reytinq
0.00

1 şərh

Alexjuvion
That’s great news for Boutrays Festival organizers as Azercell Telecom has decided to supports the Buktyrs Festival amongst to their number of successful projects and also has participated as a partner of the Bukhorre Festival organized by the Ministry of Culture and Tourism of the Republic of Azerbaijan. Those students who are from Azerbaijan and come to UK for students currently taking help with assignment writing as they are finding difficulties as they belong to a non-English speaking country, would sure miss such festivals.
markcarlton
Much obliged for refreshing me with a few certainties about Buctream Festival. This is exceptionally gainful for everybody college assignment help thank you for imparting to us this data.
markcarlton
Much obliged for refreshing me with a few certainties about Buctream Festival. This is exceptionally gainful for everybody professional assignment writers thank you for imparting to us this data.
markcarlton
Much obliged for refreshing me with a few certainties about Buctream Festival. This is exceptionally gainful for everybody purchase assignment online thank you for imparting to us this data.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər