Azercell-lə 4G xidməti indi daha rahat


Azercell Telekom MMC abunəçilərinə keyfiyyətli xidmət göstərməkdə davam edir. Ölkəmizdə ən böyük 4G şəbəkəsinə sahib Azercell Telekom bütün abunəçilərinin 4G xidmətindən rahatlıqla yararlanması üçün HSS (Home Subscriber Server) modernizasiya layihəsini uğurla tamamlayaraq abunəçilərinin ixtiyarına verib. Artıq 4G-ni dəstəkləyən həm Sim kartı, həm də mobil cihazı olan Azercell abunəçiləri Azercell Ekspres ofislərinə müraciət etmədən 4G xidmətindən yararlana biləcəklər. Bunun üçün abunəçinin istifadə etdiyi cihazda 4G-ni seçməsi yetərilidir. Məlumat üçün bidirək ki, HSS layihəsində abunəçinin istifadə edə biləcəyi xidmətlər haqqında bütün məlumatlar bir bazada yerləşir ki, bu da abunəçiyə digər servis ve şəbəkələrə asanlıqla qoşulma və istifadə etmə imkanı verir.
Qeyd edək ki, ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell 2017-ci ildə Bakı, Abşeron yarımadası ilə yanaşı, Gəncə, Bərdə, Şəmkir və Lənkəranda da 4G stansiyaları quraşdırdı və bununla da LTE xidmətini regionlara gətirən ilk mobil operator oldu. Ölkədə ən böyük LTE şəbəkəsinə sahib olan Azercell-in 4G internet istifadəçilərinin sayı 2017-ci ildə əvvəlki illə müqayisədə 3 dəfə artdı, mobil internetdən istifadə həcmi isə 50% çoxaldı.
Məlumat üçün bildirək ki, 4G şəbəkəsinin təmin etdiyi inanılmaz yüksək sürət müasir İnternet məkanının təklif etdiyi mobil TV, videokonfrans, onlayn oyun və müxtəlif proqramlardan daha rahat istifadəni mümkün edir.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
34
Başlıqları
244
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər