Azercell daha 25 tələbəni təqaüdlə mükafatlandırdı


Ölkənin lider mobil rabitə təminatçısı Azercell Telekom-un 2017-ci il üçün elan etdiyi Tələbə Təqaüdü proqramının qalibləri artıq bəlli olub. 1200-dən çox tələbənin müraciət etdiyi proqramda 25 nəfər Azercell Təqaüdçüsü fəxri adını qazanıb. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Bakı Mühəndislik Universiteti, Mingəçevir Dövlət Universiteti, ADA Universiteti ,Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texniki Universitetində təhsil alan tələbələrin qazandığı Təqaüd Proqramı sentyabrın 15-də elan olunmuşdu. Öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər Təqaüd Proqramına müraciət etmək imkanı əldə etmişlər. Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər Azercell şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.
Beləliklə, 2017-ci ildə Azercell təqaüdçüsü adını qazanan ümumi 25 nəfər tələbədən 7-si bölgələrdə fəaliyyət göstərən təhsil müəssisələrində, 9-u Bakı Ali Təhsil Müəssisələrində, 9-u isə SABAH Qruplarında təhsil alır.
Mükafatlandırma mərasimi 9 yanvar tarixində Azercell şirkətinin baş ofisində baş tutub. Azercell-in prezidenti Vahid Mürsəliyev və SABAH qrupunun İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə qalibləri təbrik edərək onlara sertifikat və hədiyyələr təqdim etdi.
Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 150-dən çox tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
37
Başlıqları
314
Reytinq
1.13

5 şərh

htmlcolor
Your post was really. The local validation and internal content will be able to transfer.
a10
ankit941
With this you can make lots of your process easily and also know about the recent files and the folders and file explorer windows 10. This always allow you the access some specific folder and the sub folder.
juegosfrivgratis
Thanks to the author for the article! Very pleased!
color switch
matthewwade
The information you have supplied could be very helpful in any respect thank you very lots for sharing useful information with us.Coursework Writing UK
rolltheballaz
Thanks for sharing.I found a lot of interesting information here. A really good post, very thankful and hopeful that you will write many more posts like this one.
slope

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər