“Bakutel 2017” sərgisinin “ən kreativ stend”i


Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC uğurları sırasına daha birini əlavə edib. “Bakutel 2017” sərgisində şirkətin stendi təşkilatçılar tərəfindən “ən kreativ stend” olaraq mükafatlandırılıb. Azercell hər il olduğu kimi bu il də mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələrini öz stendində sərgiləyib. Sərgidə ən çox ziyarət olunan stendlər sırasında yer alan Azercell ənənəvi stendində innovativ, həm biznes, həm də asudə vaxt üçün faydalı yenilikləri ziyarətçilərə təqdim edib. “Bakutel 2017” sərgisinin keçirildiyi dörd gün ərzində Azercell stendinin ən aktiv və şən guşəsi olan əyləncə zonası ziyarətçilər üçün xoş sürpriz, hədiyyələr qazandıran müsabiqə və viktorinalarla zəngin olub. Stenddə yeni nəsil İT üzrə həll variantları, 4G və 5G texnologiyalara aid müxtəlif innovativ mobil xidmətlər, müasir mobil cihazlar nümayiş olunub. Onu da qeyd edlk ki, Azercell Telekom MMC bu il“Bakutel”–in nəinki əsas iştirakçılarından biri, həmçinin, Baş Sponsoru olub.
Qeyd edək ki, Azercell iştirak etdiyi həm yerli, həm də beynəlxalq sərgilərdə dəfələrlə mükafatlandırılıb. Telekommunikasiya və təhsil sərgilərində Azercell-in stendi ən çox ziyarət olunan stendlər sırasında birinci olub.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.  

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
37
Başlıqları
295
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər