Azercell-dən tələbələrə dəstək

Azercell Telekom MMC daha bir layihədə tələbələrə dəstək olub. Belə ki, şirkətin dəstəyi və ABŞ Təhsilli Azərbaycanlı Tələbələr İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan Biznes Keys 2017” müsabiqəsinin final mərhələsi baş tutub. Dekabrın 3-də Hilton otelində keçirilən final mərhələsində qaliblər bəlli olub.
Məlumat üçün bildirək ki, “Azərbaycan Biznes Keys Müsabiqəsi” ölkəmizin qabaqcıl universitetlərini təmsil edən tələbə komandaların iştirak etdiyi ənənəvi müsabiqədir.
Bu il müsabiqədə iştiraka 5 universitet — ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası və Bakı Ali Neft Məktəbini təmsil edən 26 komanda qoşulsa da, onlardan yalnız 16-sı yarımfinal mərhələsinə çıxmağa nail olub və 4 komanda final mərhələsində iştirak edib. Bütün komandalar 6 həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat etmək bacarığı və s. mövzularda təlimlər keçiblər. Bununla yanaşı komandalar final mərhələsindən öncə sınaq təqdimatlarında da iştirak ediblər.
Qaydalara uyğun olaraq yarımfinal mərhələsində komandalar öz layihələrini yerli və beynəlxalq biznes qurumlarını təmsil edən hakimlər qarşısında təqdim ediblər. Dörd yarımfinal qalibi olan komanda isə birinci yer uğrunda mübarizə məqsədilə hakimlər qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış edib.
Qalib komandalar ümumilikdə 10.000 AZN mükafat əldə ediblər. (I yer 6000 AZN, II yer 3000 AZN və III yer 1000 AZN).
Bu müsabiqədə tələbələr maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə əldə etdikləri bilikləri tətbiq etməklə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Business School-un konkret hadisələrini həll edir və onları Azərbaycanın işgüzar dairələrinin nümayəndələrindən ibarət olan münsiflər heyətinə təqdim edirlər.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
37
Başlıqları
318
Reytinq
1.13

5 şərh

richardx
Azercell CEO Mr. Vahid Mursaliyev met with the understudies who had obtained the title of Azercell researchers. Mr. Mursaliyev expressed at the meeting that Do my Assignment Now month to month stipend from Azercell, the program will also give the understudies a chance to enhance their insight about telecommunications.
rolltheballaz
To update to an electronic compass (updates as you turn it) and the altimiter/barometer, go with the Garmin etrex Summit HC.
roll the ball
impossible game
lisaruxandra
This is a great site. The site proprietor has completed a radiant activity of assembling it, the data here is extremely shrewd. pay for my assignment
rakesh23
Here is the method which can let you get free imvu credits online and it is by the help of the imvu credits generator.
annajulia
This is an awesome site. The site proprietor has finished a brilliant action of gathering it, the information here is to a great degree adroit. research paper writing help

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər