Barama FinTech Hackathon 2017Mobile App layihəsinə qeydiyyat başladı


“Azercell Telekom” MMC və “PAŞA Bank”ın dəstəyi, “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin və ADA Universitetinin təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə start verilir. Artıq ölkəmizdə dördüncü dəfə təşkil olunan Barama FinTech Hackathon 2017Mobile App layihəsi mobil developerlərin 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlamasını özündə ehtiva edən yarışmadır. Bu layihənin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə şərait yaratmaqdır. Bununla yanaşı keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçıların öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaq da layihənin əsas məqsədlərindəndir. 15 yaşından yuxarı və texniki biliklərə malik olan hər kəs 25.10.2017 tarixinə qədər www.hackathon.barama.az linki vasitəsilə qeydiyyatdan keçib bu yarışmada iştirak edə bilər.
Qalibləri aşağıdakı hədiyyələr gözləyir:
1 yer tutan komanda — 1500 azn dəyərində hədiyyələr
2 yer tutan komanda — 750 azn dəyərində hədiyyələr
3 yer tutan komanda — 450 azn dəyərində hədiyyələr

Onu da bildirək ki, layihə çərçivəsində komandaların qida təlabatı Özsut restoranlar şəbəkəsi tərəfindən ödəniləcək. Tədbirin Media dəstəyi isə technote.az tərəfindən təmin ediləcək.
Xatırladaq ki, Barama İnnovasiya Mərkəzi Azercell şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkət kimi fəaliyyət göstərməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 7 il ərzində mərkəz bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 100-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 40-ı uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
32
Başlıqları
213
Reytinq
1.13

1 şərh

brynleeromeo
Creating utilizing MonoDroid is similar to building up a 'Silverlight' application. It can utilize Web administrations and you can use your comprehension of C# to compose code for the Android stage. Do My Assignment For Me. It additionally coordinates exceptionally well with Visual Studio 2011. On the off chance that you need to help both Android and IOS, the best stage to help is HTML 5; in any case, if either supplier's rendering of HTML 5 transforms, you're helpless before the program that is utilized on the customer side. More established programs would not have the capacity to render new markup code.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər