Barama Innovasiya və Sahibkarlıq Mərkəzində Blockchain mütəxəssisləri bir arada


Azercell Telekom MMC-nin Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin ən uğurlu startaplarından biri olan – Technote Media son ayların geniş müzakirə mövzusu doğuran Blockchain ilə bağlı görüş təşkil edib. Qeyd edəj ki, Blockchain texnologiyası ilə təşəbbüskarlar startaplarını ICO-ya çıxarır və kriptovalyutalar vasitəsilə iri həcmli maliyyə resursları cəlb edir. Bu mövzu «Orxan Əhməd»in moderatorluğu ilə müzakirə olunub. Görüşdə həmçinin Blockchain texnologiyasından startaplar necə faydalanır?,Qlobal startaplar milyonlarla dollar vəsaiti ICO vasitəsilə necə cəlb edir?, Birjalarda kriptovalyutaların qiymətinin sürətli şəkildə enməsinin ICO edən startaplara təsiri, Blockchain və kriptovalyuta alqı-satqısının fərqləri və Blockchain Texnologiyası, Etherium və Bitcoin kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə Blockchain sahəsi ilə maraqlanan və məşğul olan şəxslər və startaplar iştirak edib.
Sahibkarlığa dəstək vermək məqsədilə yaradılan və əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri, yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə kömək edən Barama Innovasiya və Sahibkarlıq Mərkəzi müasir günümüzdə Blockchain sahəsinin aktuallığını nəzərə alaraq yeni tədbirlər təşkil etməyi planlaşdırır.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
32
Başlıqları
208
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər