Azercell-dən məktəblilər üçün “Coding Kids – Summer IT School”


Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə həyata keçirdiyi “Coding Kids – Summer IT School” layihəsinin dərsləri artıq başlayıb. Proqram çərçivəsində 170 müraciət qeydə alınıb və imtahanlardan uğurla keçən 50 məktəbli layihədə iştirak etmək hüququ qazanıb. Məktəblilər üçün nəzərdə tutulan “Coding Kids – Summer IT School” layihəsi uşaqlara oyun və əyləncədən əlavə kompüter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edir. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olmağa başlayıblar. Uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilir.
Bu layihə uşaqların inkişafı üçün əvəzedilməz biliklər və bacarıqlar əldə etməyə imkan verir. Eyni zamanda 17-21 iyul tarixlərində Mərkəzi bankla birlikdə uşaqlar üçün “Sahibkarlıq və startup nədir?” mövzusunda info sessiya da təşkil edilib. Tədbirdə uşaqlara Sahibkarlıq və Startuplar barəsində məlumat verilib. Həmçinin Barama mərkəzinin uğurlu startapçıları – “Technote” media platformasının təsisçisi Fərid Pərdəşünas və “Wake Me Up” layihəsinin rəhbəri Şahin Xəlilov öz layihələrini təqdim edərək, uşaqlara sahibkar olmağın sirrlərindən danışıblar.
Əlavə olaraq görüş iştirakçıları maraqlı tapşırıqları yerinə yetirərkən öz ideyalarını da təqdim ediblər. Sonda yay məktəbinin iştirakçıları sertifikatlarla təltif olunublar.​
Məlumat üçün bildirək ki, “Coding Kids – Summer IT School” layihəsi 9-11 və 12-15 yaşlı məktəblilər üçün nəzərdə tutulub. Dərslər həftədə 2 dəfə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində interaktiv tədris metodlar əsasında təlimçi Günay Kazımzadə tərəfindən ödənişsiz aparılır.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
32
Başlıqları
207
Reytinq
1.13

3 şərh

Beverlyalcock
Wonderful post.This is nice post and provides full information. i prefer to browse this post as a result of I met such a lot of new facts concerning it really. I bookmark your web log as a result of I found superb info on your web log, Thanks for sharing.
visit: top essay writing service
alvinaash
Help in essay writing becomes an integral part of student life, especially today, when it’s getting harder and harder to study. Push the link above!
write my paper
elizaa
mövzusunda info sessiya da təşkil edilib. assignment writers uk Tədbirdə uşaqlara Sahibkarlıq və Startuplar barəsində məlumat verilib. Həmçinin Barama mərkəzinin uğurlu startapçıları – “Technote” media platformasının təsisçisi Fərid Pərdəşünas və “Wake Me Up” layihəsinin rəhbəri Şahin Xəlilov öz layihələrini təqdim edərək, uşaqlara sahibkar olmağın sirrlərindən danışıblar

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər