Dünyanın ən məşhur Oracle mütəxəssisləri Bakıya gəlir


Dünyanın ən məşhur Oracle mütəxəssisləri Bakıya gəlir. Belə ki, texnologiya dünyasının nəhənglərindən hesab olunan Oracle şirkəti bu il də EMEA Turuna ölkəmizin paytaxtı Bakını da əlavə edib. Bu məqsədlə cari ilin may ayının 20-sində Park İnn otelində AzerCell şirkətinin dəstəyi ilə möhtəşəm Oracle tədbiri keçiriləcək.

Tədbirdə Kanada, Meksika, Finlandiya və Türkiyədən gələn Oracle mütəxəssisləri və ACE Direktor-lar öz dəyərli araşdırmalarını sizlərlə paylaşacaq.

Tədbirin təşkilatçılarından olan Azərbaycanlı Oracle istifadəçiləri (AzerOUG) qrupunun rəhbəri, Azercell Texnologiyalar Departamentində Verilənlər bazasının idarəolunması bölümünün direktoru, Oracle ekspert Kamran Ağayevin sözlərinə görə görüşün təşkil olunmasında məqsəd dünyada baş verən elmi konfransların tərkib hissəsi olmaq, Oracle haqqında məlumatları bir başa ən güclü mütəxəssislər vasitəsilə çatdırmaq və əlbəttə bu sahənin ölkəmizdə daha da inkişaf etdirilməsidir.

Tədbirdə qeydiyyat və iştirakın tam ödənişsiz olduğunu deyən K.Ağayev, qeydiyyat linkinin növbəti həftə paylaşılacağını bildirib.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
32
Başlıqları
213
Reytinq
1.13

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
236
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər