Azercell-dən Avropada tək qiymət


Azercell Telekom rominqdə olan abunəçiləri üçün indi daha sərfəli danışıq təklif edir. 24 Oktyabr 2016-cı il tarixindən etibarən həm fakturalı xətt, həm də fakturasız (SimSim) xətt abunəçiləri daha 12 ölkədə vahid rominq tariflərindən yaralana bilərlər. İndi Albaniya, Andorra, Bosniya və Herseqovina, Monteneqro, İrlandiya, İslandiya, İsveç, Hollandiya, Makedoniya, Malta, Slovakiya Respublikası, Sloveniya kimi ölkələrdə “Azercell”lilər daxil olan zəngin 1 dəqiqəsinə 0,32 AZN, bütün istiqamətlərə edilən zəngin 1 dəqiqəsinə görə isə 1,5 AZN ödəyəcəklər. Göndərilən 1 sms-in qiyməti isə 0,2 AZN dəyərində müəyyən olunub. Tətbiq olunan vahid rominq qiyməti abunəçinin vaxtında məlumat əldə etməməsi və ya cihazın avtomatik sazlanması nəticəsində daha baha qiymətlərlə xidmət göstərən şəbəkənin seçilməsi ehtimalı aradan qaldırmış olur. Nəzərinizə çatdıraq ki, Azercell-in təqdim etdiyi vahid rominq tariflərindən 30 ölkədə yararlanmaq olur.


Mobil-internet xidmətindən yalnız fakturalı xətt sisteminə aid nömrələrdə yararlanmaq mümkündür.

Əlavə olaraq bildirək ki, rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt (SimSim) abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Azercellhəmçinin, fakturalı xətt abunəçilərinə rominq xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bilirlər. SimSim abunəçilərinə rominq xidmətini aktiv etmək üçün mobil telefondan *135*1#YES kodunu yığmaq, Fakturalı xətt abunəçilərinə isə 8808-ə “START” sözünü yazıb göndərmək kifayət edir.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
31
Başlıqları
198
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər