Barama İnnovasiya və Sahibkarlıq Mərkəzindən növbəti "Hackathon" elanı


Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bu il sayca ikinci olan "Hackathon" tədbirini elan edir. Developerlərin 36 saat ərzində kod yazdığı və tətbiq hazırladığı bu məşhur yarışma Azercell və PAŞA Bank-ın sponsorluğu ilə təşkil olunacaq.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi eləcə də WOWOMAN platformasının təşkilatçılığı ilə baş tutacaq bu yarışmada qalib komanda üzvləri sponsorlar tərəfindən dəyərli hədiyyələr ilə mükafatlandırılacaqlar. 5-6 Noyabr tarixlərində baş tutacaq bu yarışda cəmi 15 komanda üçün yer ayrılıb. Komandaların əsas məqsədi isə elan edilmiş mövzuya uyğun olaraq 36 saat ərzində tətbiq hazırlamaq olacaq.

36 saat yuxusuz qalmaq və ən əsası bu yarışın bir parçası olmaq istəyirsinizsə tədbirin rəsmi saytından bu haqda geniş informasiya əldə edib, qeydiyyatdan keçə bilərsiniz. techfall.barama.az
Komandaların qidaya olan təlabatı təşkilatçılar tərəfindən ödənilir. Yarış Barama İnnovasoya və Sahibkarlıq Mərkəzinin Demirchi Tower-də yerləşən yüksək şəraitli ofisində təşkil olunacaq.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
27
Başlıqları
164
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər