Azercell-in Mobil Müştəri Xidmətləri ölkəni gəzəcək

Yeni Mobil Müştəri Xidmətləri Azercell abunəçilərinə daha rahat xidmət təqdim etmək niyyətiylə yaradılıb. Mobil Müştəri Xidmətləri qrupunun əsas məqsədi abunəçilərə daha yaxın olmaq, Azərbaycanın rayon və şəhərlərinə səfər edərək vətəndaşların istək və gözləntilərni rahat və operativ şəkildə həyata keçirməkdir.
Azercell
Yenicə yaradılan bu xidmətin ilkin mərhələsində Müştəri Xidmətinin əməkdaşları Azercell Ekspres ofislərinin hələ fəaliyyət göstərmədiyi rayonlara və cəbhəyani bölgələrə səfər edəcək. Səfərlər zamanı abunəçilərə Müştəri Xidmətləri və AzEx ofislərində Azercell tərəfindən təqdim olunan bütün xidmətlər göstəriləcək. Mobil Müştəri Xidmətinin əməkdaşları 27 aprel tarixində səhər bu məqsəd üçün təşkil olunmuş xüsusi nəqliyyatla ilk olaraq Azercell-in Bəsti Bağırova küçəsi, 2 ünvanında yerləşən Müştəri Xidmətləri mərkəzindən yola düşərək Saatlı-İmişli, aprelin 28-də İmişli və Füzuli, aprelin 29-da Ağcabədi və Ağdamın Quzanlı qəsəbəsinə, aprelin 30-da isə Ağcabədi və Tərtərə səfər edəcəklər. Beləcə, Azercell-in Mobil Müştəri Xidmətləri ölkə boyu səfər edərək ən ucqar ərazilərdə belə abunəçilərinin istəklərini həll edəcək.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
34
Başlıqları
254
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər