Azercell-in yeni imic filmi + VIDEO


«Azercell» şirkəti yeni reklam çarxını təqdim edib. Qısametrajlı reklam çarxı DDB Azərbaycan reklam agentliyi tərəfindən çəkilib. Filmin rejissoru portuqaliyalı Paulo Aresdir. Film, Azərbaycanın müxtəlif bölgələrində yaşayan, işləyən və təhsil alan insanların məsafəyə baxmayaraq ailələrinə bağlılığı və Azercell ilə ünsiyyətin sərhədsiz olması haqqındadır. Yeddi gün davam edən çəkilişlər Bakının mərkəzində və ucqarlarında, eləcə də Lənkəran rayonunun çay plantasiyalarında aparılıb. Filmdə yer alan iştirakçılar sadə insanlardır.

Filmin musiqisi tanınmış və görkəmli Azərbaycan bəstəkarı Polad Bül-Bül oğlunun «Gəl ey səhər» əsərinin bəstəkar Panagiotis Kalatzopoulos tərəfindən təqdim olunmuş rimeyk versiyasıdır.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
35
Başlıqları
262
Reytinq
1.13

Korporativ: Azercell

Azercell gsm operatordur. Azərbaycanın 80%-ini əhatə edir.

Oxucuları
7
Başlıqları
54
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər