Yeni iPhone yeni rənglər ilə gəlir!



Sentyabr ayında tanıdılacaq olan yeni iPhone modellərinin yepyeni rəng çeşidləri ilə gələcəyi ortaya çıxdı.

Apple bu ilin sonlarına doğru yəni Sentyabr ayında bir tədbir təşkil edəcək. Bu tədbirdə 2018 model iPhone-lar tanıdılacaq. 3 fərqli model ilə qarşımıza çıxması gözlənilən Apple-ın model müxtəlifliyi ilə yanaşı yeni rəng versiyalarnın da təqdim olunacağı bilindi.

Apple-a yaxınlığı ilə bilinən Ming-Chi Kuo bugün yeni iPhone modellərinin beş fərqli rəng imkanına sahib olacağını açıqladı. Bu rənglər boz, ağ, mavi, qırmızı və qəribə də olsa narıncı olacaq.

Ming-Chi Kuo bu rəng variantlarının üst səviyyə iPhone və iPhone Plus modellərində olacağını vurğuladı. LCD ekranlı münasib qiymətli iPhone modelində isə sadəcə ağ və qara rəng seçimləri yer alacaq.

2018 model iPhone modellərinin yenə 999 dollardan satışa təqdim olunacağı təxmin edilir. Ancaq bu modellərin ölkəmizdə yüksələn qaydalara görə daha baha olacağı məlumdur.

Aid olduğu bloglar

Apple

Apple haqqında yazılar.
Rəsmi tag: Appale

Oxucuları
8
Başlıqları
147
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər