Apple və Cisco Şirkətləri iOS İstifadəçilərinin İmkanlarını Genişləndirmək Üçün Tərəfdaş Oldular

Apple və Cisco şirkətləri iOS-cihazları və proqramları üçün Cisco şəbəkələrinin optimallaşdırılması, iPhone-ların Cisco-nun korporativ mühitlərilə inteqrasiyası və iPhone və iPad-lərın birgə çalışması üçün unikal vasitələrin yaradılmasilə iOS-un biznes-istifadəçilərinin imkanlarının genişləndirilməsi məqsədilə öz tərəfdaşlıqlarını bəyan etdilər.
Apple Cisco
“iOS – dünyanın ən yaxşı mobil platformasıdır. Demək olar ki, Fortune 500 və Global 500 reytinqlərinə daxil olan hər bir şirkət iOS-u öz mobil strategiyasının mərkəzi etdi. Müasir işçinin əsas alətlərinə çevrilmiş iPhone və iPad bütün iş proseslərini dəyişmişdir. Biz əminik ki, Cisco şirkətilə birgə biznes sahəsində iOS-un potensialının maksimallaşdırılması üçün müxtəlif vasitələr təqdim edib, işçilərə sevdikləri cihazlarla daha çox iş görməyə yardım edə biləcəyik”, deyə Apple şirkətinin baş icraçı direktoru Tim Kuk (Tim Cook) qeyd edir.

“Fortune 500 reytinqində yer alan şirkətlərin 95%-i öz işçi heyətlərinin məhsuldarlığını yüksəltmək məqsədilə Cisco-nun şəbəkə həllərindən və birgə iş alətlərindən bəhrələnir. Sözügedən mühəndis və marketinq tərəfdaşlığı vasitəsilə biz ümumi müştərilərimizə Cisco-nun güclü mühitində ənənəvi iOS-cihazlarla işləməyi təklif edirik. Birlikdə işçilərin iş məhsuldarlığını və səmərəliliyini artırmağa yardım edəcəyik”, Cisco-nun Direktorlar şurasının icraçı sədri Con Çembers (John Chambers) bunu deyir.

Korporativ infrastrukturların qarşısına qoyulan və sayı daim artan tələblərinə cavab olaraq şirkətlər istifadəçilərə daha da güclü iş alətini təqdim etməklə Cisco şəbəkələrini və iOS cihazlarını optimallaşdırır ki, onların qarşılıqlı əlaqəsinin effektivliyi və etibarlılığı artsın.

Apple və Cisco şirkətləri səs və videotexnologiyaların tətbiqilə iPhone-nun birgə iş aləti kimi effektivliyinin artırılması istiqamətində də əməkdaşlıq edir və masaüstü telefonların iPhone-la problemsiz uyğunlaşmasını təmin edir.

Apple şirkətinin dəstəyilə Cisco şirkəti xüsusən iOS cihazları üçün Cisco Spark™, Cisco Telepresence® и Cisco WebEx® kimi mobil, bulud və daxili istehsalat mühitlrəində istifadə edilən birgə iş alətlərini optimallaşdırır. Bu, işçi heyətlərin problemsiz birgə işini təmin edəcək və bütün işgüzar görüşləri yeni keyfiyyət pilləsinə çıxaracaq.

1984-cü ildə Macintosh kompüterini təqdim etməklə Apple şirkəti fərdi cihazlar aləmində inqilab etdi. Hazırda, Apple şirkəti iPhone, iPad, Mac və Apple Watch məhsullarını bazara çıxarmaqla innovasiyaların liderinə çevrildi. Apple-ın üç proqram platformu — iOS, OS X və watchOS bütün Apple cihazlarının ideal müntəzəm işini təmin edir və istifadəçilərə App Store, Apple Music, Apple Pay və iCloud kimi unikal servisləri təqdim edir. Apple şirkətinin 100 000 əməkdaşı özlərini yeni yüksək keyfiyyətli məhsulların yaradılmasına həsr etməklə ətraf dünyanı daha da təkmilləşdirməyə yardım edir.

Cisco şirkəti müxtəlif ölkələrdə, şəhərlərdə, sənayelərdə və dünyada fəaliyyət göstərən bütün şirkətlərdə innovasiyaların tətbiq olunmasına yardım edir, rəqəmli dəyişikliklər tempi ilə ayaqlaşmağa imkan verir və Taməhatəli İnternetə (Internet of Everything, IoE) keçidi sürətləndirir. 70 000 tərəfdaşla əməkdaşlıq etməklə Cisco şirkəti öz müştərilərinə şəbəkə, informasiya təhlükəsizliyi sistemləri, verilənlərin emalı mərkəzləri və birgə iş üçün qabaqcıl məhsul və həlləri təqdim edir, və bununla da arzuolunan biznes-nəticələrə çatmağa dəstək olur.

Aid olduğu bloglar

Apple

Apple haqqında yazılar.
Rəsmi tag: Appale

Oxucuları
8
Başlıqları
147
Reytinq
0.00

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
101
Reytinq
0.00

1 şərh

lagrin
Get all latest iOS apps for free on your Android and iOS devices using Tutuhelper iOS version. All the latest apps are available for free on this app store.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər