Samsung iPhone istifadəçilərinə yeni cihazlarını pulsuz sınağdan keçirməyə təklif edir

Samsung iPhone
Samsung şirkəti ötən cümə günü iPhone istifadəçilərinə ən yeni çıxan Galaxy S Edge+Galaxy Note 5 telefonlarını pulsuz istifadə etmək şansı verəcəyini bildirib. 30 günlük istifadə müddətində istifadəçilər, telefonları istədikləri kimi istifadə edə biləcək.

Artıq bazara çıxan yeni ağıllı telefonların istifadəçiləri həyəcanlandırmadığını bildirən Samsung, həyata keçirəcəyi bu layihə ilə satışlarını, indiyə qədər Samsung istifadə etməyən ağıllı telefon sahiblərinin hesabına artırmağı planlaşdırır.

Cnet mənbəsi iPhone istifadəçilərinin layihəyə nə dərəcədə maraq göstərəcəkləri barədə şübhələrinin olduğunu bildirir. Daha öncə ABŞ-ın T-Mobile mobil operatorunun müştərilərinə bir həftəlik iPhone 5s verdiyini xatırladan Cnet, layihənin T-Mobile-ın gözlədiyi qədər partlayış etmədiyini də qeyd edir.

Mənbə: Mak.az, Cnet

Aid olduğu bloglar

Apple

Apple haqqında yazılar.
Rəsmi tag: Appale

Oxucuları
8
Başlıqları
147
Reytinq
0.00

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2170
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər