[VİDEO] Yeni iOS 9 köhnə iPhone 4s-də necə işləyir?

Bildiyiniz kimi, Apple şirkəti WWDC 2015 konfransında yenilənmiş əməliyyat sistemini nümayiş etdi. Bu barədə biz öncə məlumat vermişdik. Lakin, istifadəçilər tam haqlı olaraq maraqlanırlar ki, iOS 9 köhnə model smartfonlarda necə işləyəcək. Çünki, adətən yeni sistemlər köhnə qadjetlərdə nəzərəçarpan dərəcədə zəif performans göstərirlər. Yeni iOS 9-u isə, hətta iPhone 4s kimi «veteran» da dəstəkləyir. Görəsən, bu dəfə vəziyyət nə yerdə olacaq?

adrianisen adlı YouTube istifadəçisi smartfonlara dair öz icmalları ilə kifayət qədər tanınır. Bu dəfə o, köhnə iPhone 4s smartfonuna beta-test mərhələsində olan iOS 9 əməliyyat sistemini quraşdırdı və gördükləri barədə fikirlərini bölüşdü. Nəticəsi necə oldu? Gəlin baxaq.



Videodan da göründüyü kimi, sistem beta-test mərhələsində olmağına baxmayaraq, kifayət qədər sürətli performans göstərir. Xüsusən, 4 yaşı olan qadjet üçün. Lakin, hər-hansı qərar verməkdən öncə, sistemin tam versiyasını gözləmək daha məqsədyönlü olar. Videoda gördükləriniz barədə isə, özünüz nəticə çıxardın.

Aid olduğu bloglar

Apple

Apple haqqında yazılar.
Rəsmi tag: Appale

Oxucuları
8
Başlıqları
147
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər