Apple WWDC 2015: iOS 9-un nümayişi və digər yeniliklər

Ənənəvi olaraq, Apple şirkəti bu ildə də növbəti WWDC konfransını keçirtdi. Bu konfrans yaxın gələcəkdə görəcəyimiz yeniliklərdən bəhs edir, və əsasən developerlər üçün nəzərdə tutulub.
wwdc 2015
Konfransın «ulduzu», təbii ki, yenilənmiş əməliyyat sistemi — iOS 9 oldu. Əsas dəyişikliklərə Siri, Apple Pay, Spotlight və sistemin digər ilkin funksiyaları məruz qaldılar. Yeni iOS-un beta-versiyası artıq bu gündən etibarən developerlər üçün mövcutdur, tam versiyasının relizini isə payız aylarında qədər gözləməli olacağıq.
wwdc 2015
Digər yenilik isə desktoplu kompüterlər və noutbuklara aiddir. Apple yeni OS X El Capitan əməliyyat sistemini nümayiş etdi. Bu dəfə sistem özəlləşdirilməyə daha meyillidir, və daha sürətli performans göstərir. OS X-in yeni versiyasına yenilənmə pulsuzdur, və artıq iyul ayında mümkün olacaq.
wwdc 2015
Növbəti «One more thing..» çoxdan gözlənilən Apple Music oldu. Beats, iTunes Ping, iTunes Radio və şirkətin musiqi ilə bağlı bütün təcrübəsi bu xidmətdə özünü əks etdirəcək. İlk növbədə, bu servis sizin maraqlarınızı və hansı müsiqi dinlədiyinizi izləyəcək, və sizin xoşunuza gələ biləcək musiqini sizə tövsiyə edəcək. Bunlar hamısı xüsusi yazılmış alqoritmlər üzərində çalışacaq.
wwdc 2015
Növbə Apple Watch saatlarına gəlib çatdı. Burada şirkət yeni watchOS 2 sistemini bizə təqdim etdi. Yeni sistem FaceTime Audio-nu dəstəkləyir, və Digital Touch rejimində dostları əlavə etmək funksiyasını istifadəyə verir.
wwdc 2015
Developerlər üçün daha bir yaxşı xəbər odur ki, şirkətin tətbiq etdiyi Swift proqramlaşdırma dilinin kodu, bundan sonra, açıq olacaq.
wwdc 2015

Aid olduğu bloglar

Apple

Apple haqqında yazılar.
Rəsmi tag: Appale

Oxucuları
8
Başlıqları
148
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər