British Airways-ın mobil tətbiqi yeni Apple Watch saatlarında birinci olacaq

British Airways aviaşirkəti aprelin 24-də satışa çıxarılacaq Apple Watch saatları üçün mobil tətbiqi yaradılacaq ilk şirkətlərdən biridir.

Aviaşirkət müştərilərin səyahətlərini daha rahat təşkil etmək üçün tətbiqdə iki əsas element nəzərdə tutub. Apple Watchun ekranında çıxan “baxış” pəncərəsində uçuşun vaxtı, statusu, uçuşadək qalan müddət və digər məlumatlar icmal şəklində əks olunur.
Apple Watch App
Bundan başqa, tətbiq vasitəsilə müştərilər uçuşa qeydiyyat və çıxış qapıları haqda bildirişlərdən faydalana biləcəklər. Hitrou hava limanının 5-ci terminalındakı zallarda olarkən müştərilər iBeacon vasitəsilə salamlama məktubları alacaqlar. British Airways hava limanında olan müştəriləri aktual və lazımi məlumatlarla təmin etmək üçün Birləşmiş Krallıq ərazisindəki gözləmə zallarında iBeacon texnologiyasından istifadə etmiş ilk aviaşirkətdir.

“Baxış” ekranına sadə bir toxunuş etməklə Apple Watch saatının ekranına uyğun tərtib olunmuş, sürətli və istifadəsi asan British Airways tətbiqi açılır. Bu zaman müştərin növbəti uçuşu barədə, reysin nömrəsi, marşrut, uçuş vaxtı, statusu, uçuşa qədər qalan müddət və təyinat məntəqəsində hava şəraiti ilə bağlı məlumat əks olunur.

Aid olduğu bloglar

Apple

Apple haqqında yazılar.
Rəsmi tag: Appale

Oxucuları
8
Başlıqları
147
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər