Xiaomi sizin köhnə iPhone smartfonunuzu yeni Mi Note smartfonuna dəyişəcək

Çin şirkəti Xiaomi yeni «trade in» proqramı vasitəsi ilə Apple şirkəti ilə rəqabət aparmağı düşünür. Bu proqrama əsasən siz öz köhnə iPhone smartfonunuzu yeni Xiaomi şirkətinin qadjetinə dəyişə biləcəksiniz.



Mənbələrə əsasən, Xiaomi proqramı reallaşdırmağa artıq hazırdır, və yaxın vaxtlarda başlayacaq. Belə olacağı təqdirdə, məsəl üçün, iPhone 6iPhone 6 Plus smartfonu yeni Mi Note Pro smartfonuna, iPhone 5s və daha köhnə smartfonlar isə Mi Note smartfonuna dəyişdiriləcəklər. Maraqlısı isə odur ki, yalnız «alma» brendi bu proqramda iştirak edir. Xiaomi söz verir ki, iPhone smartfonunun durumuna fərq qoymayacaq.

Bundan başqa, şirkət sizə köhnə smartfonunuzdan yeni smartfonunuza şəxsi məlumatlarınızı sürətlə keçirmək üçün yeni mobil əlavə təqdim edəcək.

Analitiklərin sözlərinə görə, 2015-ci ildə Xiaomi 15 milyona qədər sözü gedən smartfonlardan istehsal edəcək.

Aid olduğu bloglar

Apple

Apple haqqında yazılar.
Rəsmi tag: Appale

Oxucuları
8
Başlıqları
147
Reytinq
0.00

Android

Google-un mobil device-lar üçün inkişaf etdirdiyi açıq qaynaqlı mobil əməliyyat sistemi olan Android-in bloqu

Oxucuları
39
Başlıqları
103
Reytinq
3.39

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər