"Azerbaijan Keyboard" yeniləndi


Labrin komandası tərəfindən iOS istifadəçiləri üçün hazırlanan «Azerbaijan Keyboard» tətbiqi yenilənib. Tətbiq müəllifi Amid Quliyevin sözlərinə görə, tətbiqdə aşağıdakı yeniliklər reallaşdırılıb:

— Shift düyməsi daha yaxşı işləyir.
— Nöqtə, sual ve nidadan sonra boşluq qoyularsa cümləni avtomatik boyük hərflə başlayır.
— Cümləni tamamlamaq üçün boşluq düyməsini 2 dəfə vuranda nöqtə yazır.
— iPad üçün daha da optimallaşdırıldı.
— Simvolları yazandan sonra boşluq düyməsinə vurduqda avtomatik hərflərə keçir.
— Spotlight bölümündə klaviaturanın görünüşü yaxşılaşdırıldış
— Klaviaturanın açılması daha da sürətləndi.
— Digər xırda düzəlişlər

Tətbiqi App Store-dan ödənişsiz olaraq yükləmək mümkündür.

Aid olduğu bloglar

Apple

Apple haqqında yazılar.
Rəsmi tag: Appale

Oxucuları
8
Başlıqları
147
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər