Apple-ın 7 mart tədbiri

Apple növbəti tədbirinin tarixini açıqladı. Adətən şirkət MWC kimi tədbirlərdə iştirak etmir və öz yeniliklərini, özünəməxsus tədbirlərdə elan edir. Belə tədbirlərdən biri də 7 martda gözlənilir.
Bəs bu tədbirdə nə tanıdılacaq? Hələki bu sualın dəqiq cavabı bilinmir. Ancaq indidən bir çox texnologiya blogları və saytlarının xəbər başlıqlarından bunun iPad3 olacağı yönündə təxminlər var. Bunu deməyə isə əsas səbəb Apple-ın media nümayəndələri üçün göndərdiyi dəvətnamədir:

Dəvətnamənin üzərində isə «Həqiqətən görmək istəyəcəyiniz bir şeyimiz var. Və toxuna biləcəyiniz» yazılıb.

Yuxarıda gördüyünüz kimi dəvətnamədə bir ədəd iPad var. Yanındakı xəritə ikonu isə Apple-ın öz ünvanını göstərir. Xatırlayırsınızsa iPhone 4S dəvətnaməsində də xəritə ikonu Apple-ın öz binasını işarə edirdi. Dəvətnamənin üzərində 7 Mart Çərşənbə günü tarixi var. Dəvətnamədə iPad-ın yer almağı da, tanıtımda növbəti bir iPad modelinin gələcəyini düşünməyə əsas verir.

Aid olduğu bloglar

Apple

Apple haqqında yazılar.
Rəsmi tag: Appale

Oxucuları
8
Başlıqları
147
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər