Google yeni Android Marshmellow əməliyyat sistemini nümayiş etdi

Google I/O 2015 konfransında şirkət yeni sistemi Android M kimi təqdim etmişdir və istifadəçilərə yalnız əsl adı təxmin etmək qalırdı. Variantlar müxtəlif oldu: Muffin, Milky Way, Marmelade, M&M’s və s.

Lakin, dünən Google bütün proqnozların üstündən xətt çəkərək yeni sistemini anons etdi: Android 6.0 Marshmallow. Sistemin ən əsas yeniliklərdən biri Android Pay xidmətinin əlavə olunmasıdır. Enerji qənaəti üçün də böyük işlər görülüb, sakitlik rejimində məlumatların sinxronizasiyası qat-qat gec baş verəcək. Həmçinin, Android Marshmallow üzərində çalışan qadjetlər USB Type-C ötürücü standartını dəstəkləyə biləcəklər.

Əməliyyat sisteminə həsr edilmiş yeni heykəl şirkətin kampusunda yerləşdirildi:
Android Marshmallow

Üstəlik internetə smartfonun yanma animasiyası sızdı:



Android sistemlərinin adlarının tarixi belədir:
– Alpha
– Beta
– Cupcake
– Donut
– Eclair
– Froyo
– Gingerbread
– Honeycomb
– Ice Cream Sandwich
– Jelly Bean
– KitKat
– Lollipop
– Marshmallow

Yeni heykəlin necə quraşdırılması haqqında maraqlı videoçarxa burada baxmaq olar:



Developer Preview 3-ü Nexus 5/6/9 smartfonlarına buradan yükləmək olar: developer.android.com/preview/download.html

Aid olduğu bloglar

Android

Google-un mobil device-lar üçün inkişaf etdirdiyi açıq qaynaqlı mobil əməliyyat sistemi olan Android-in bloqu

Oxucuları
40
Başlıqları
103
Reytinq
3.39

1 şərh

şərh silindi

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər