Sosial mediadan asılı olduğunuzu göstərən 5 əlamət


Bütün araşdırmalar mobil cihaz istifadəçilərinin hər gün daha çox sosial media asılısı olduğunu göstərir. Hər gün 500 milyon tweet atılır. 1,28 milyard insan Facebook-dan istifadə edir. Bu mövzu ilə bağlı araşdırmalar edən texnologiya mütəxəssisi və «The Distraction Addiction» kitabının yazarı Alex Soojung-Kim Pang insanlarda sosial media asılılığı ilə əlaqədar bəzi ortaq əlamətlərin olduğunu söyləyir.

Kim Panga görə sosial mediadan bir qədər uzaq durmaq lazım olduğunu göstərən 5 əhəmiyyətli əlamət.

Ancaq İnstagram-da paylaşmaq üçün yemək bişirmək
Hər gün düzəltdiyiniz salatın görünüşünə sadəcə fotosunu İnstagram-da paylaşmaq üçün daha çox əhəmiyyət verirsiniz? Əgər İnstagram, Twitter və Pinterest-də paylaşacağınız üçün etdiyiniz hər bir işə daha çox zaman xərcləyirsinizsə, dönüb özünüzü dəyərləndirməyinizin zamanı gəlib deməkdir.

Etdiyiniz hər bir şeyi saatbasaat paylaşmaq
Heç görüşmədiyiniz, amma dəqiqəbaşı nə etdiyini bildiyiniz dostlarınız var, elə deyilmi? Xəbəriniz olmasa da, siz də başqasının heç görüşmədiyi, amma nə etdiyini bildiyi dostlarından biri ola bilirsiniz.

Pangın bu mövzudakı açıqlaması belədir: “Reallaşdırdığımız hər şeyin dadını çıxarmaq, dostlarımızla vaxt keçirmək, əylənmək və özümüzü kəşf etmək üçün hamımızın 24 saatı var. Ancaq biz bu saatların çoxunu sadəcə sosial mediada keçiririk. Nə qədər əyləndiyimiz ya da nə etdiyimizdən çox sosial mediada nə paylaşdığımızla maraqlanırsınız”.

Çox az tanıdığınız insanlar haqqında hər şeyi bilmək
Panga görə, sosial media asılılığının ən önəmli göstəricisi real həyatda çox az tandığımız insanlar haqqında sosial şəbəkələrdəki paylaşımlar səəbəbi ilə hər şeyi bilməyimizdir. Harda oturduğu, nə etdiyi, yoldaşı, dostları, sevdikləri,sevmədikləri...Bildiyimiz bu qədər şey əslində sosial mediada nə qədər çox zaman xərclədiyimizin bir göstəricisidir.

Özünüzü sosial şəbəkələrdəki dostlarınızla müqayisə edərək bədbəxt olduğunuzu düşünmək
Sosial media asılılığının təhlükəli ölçülərə çatdığı haqqındakı göstəricilərdən biri də qısqanclıq duyğusudur. Dostlarınızın tətilləri, hədiyyələri, evləri, avtomobilləri, yoldaşları, hətta bədən ölçüləri bir qısqanclıq səbəbi olmağa başladısa, asılılığınız ciddi bir ölçüyə çatıb deməkdir.Telefonunuz olmayanda narahatmı olursunuz?

Tıxacda gözləyərkən Facebook-u yoxlaya bilmədiyiniz, yatmadan əvvəl Twitteri-i scroll edə bilmədiyniz üçün narahat olursunuz? Suallara cavabınız bəlidirsə, bir sosial media tətili sizə yaxşı təsir göstərə bilər.

Pang bu əlamətlərə malik asılılığın real həyatı gözdən buraxmağa səbəb olduğunhu ifadə edir. “ Artıq istifadəçilər üçün gündəlik həyatdakı bir söhbət, sosial mediadakı paylaşımlar qədər önəm kəsb etmir və çox sayda fürsəti, faydalı dialoqu qaçırmağımız mənasına gəlir”

Aid olduğu bloglar

Təhlil

Təhlil və araşdırmalar

Oxucuları
28
Başlıqları
68
Reytinq
2.73

Social network

Sosial şəbəkələr

Oxucuları
1
Başlıqları
17
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər