Sona çatan trend - portal


Mənim üçün artıq portal erası rəsmi şəkildə bitdi deyə bilərəm.
Uzun müddətdir internet portal kimi fəaliyyət göstərən saytımız xazar.com-u da bağladıq. Bu haqda şəxsi fikirləri, şəxsi blogumda yazdım.
Qısa deyim ki, saytın sadəcə 4 bölməsi fəaliyyətini davam etdirəcək. Səbəbləri filan barədə də ətraflı qeyd eləmişəm.
Mənim üçün niyə portal öldü?
Techcrunch-da maraqlı bir yazıyla rastlaşmışdım. Burada istedad transferləri haqqında idi.


Istedadlı insanların nəhənglər arasında transferləri. Hər kəs digərindən özünə istedad cəlb edə bilib. Bir tək Yahoo-dan başqa. Mövqeyini kəskin itirir. Çünki, zamanla ayaqlaşa bilmir. Gəlir gətirməyən bir xeyli bölməsini bağlayıb. Bağlamaq istəmədiklərini satdı. Bir vaxtların qibtə ilə baxdığımız Yahoo-su artıq əvvəlki kimi deyil. Hələ də portallıq anlayışını, «hər şeydən bir az» prinsipini buraxmaq istəmirlər.

İndi istifadəçilər daha konkret həllər sevirlər. Daha ixtisaslaşmış saytlarla işləmək istifadəçiyə də rahatdır. Heç vaxt Yahoo-nun ya da bu kimi başqa saytın xəbərlər bölməsi New York Times qədər oxunmadı və inanmıram oxunsun. Bu onların ixtisaslaşmış sahəsidir və daha etibarlı mənbə hesab olunur. Hətta New York Times-ın texnologiya bölməsi Techcrunch, Mashable qədər oxunmaz. Yəni «kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan».
Bu cəhətdən Google hələ ki, çox yaxşı işləyir. Saytın əsas xətti bəllidir. Daxil ol və axtar. Ona görə istifadəçi üçün çox rahatdır. Digər bölmələrini isə əsas səhifədə kobud formada təqdim eləmir. Məsələn biz daxil olanda xəritə ilə əlaqəli nəsə görmürük, heç video, mail və s. ilə də əlaqəli. Ancaq biz belə bir servis axtaranda onu dərhal tapırıq.

Hərçənd Azərbaycanda bəziləri hələ yeni-yeni portal qurmağa cəhd edirlər. Ancaq indiyə qədər olan modellər də öz mövqeyini itirib. Ona görə yenisinin də xeyri olmayacaq.

Hər halda gedişatın nə yerdə olacağını zaman göstərəcək. Portallar yenidən doğulacaq ya tarixin bir hissəsinə çevriləcək. Ən azından indiki zamanda qurulan saytlar ixtisaslaşmış kütləyə xitab edir.
3 il əvvəl Facebook-un indiki qədər böyüyəcəyini bilmək olmazdı. Ya da Twitter-in. Hətta 2010-un başlanğıcında Angry Bird-ün bu qədər populyarlaşacığını proqnozlaşdırmaq çətin olardı. Facebook-a application yazan Zynga-nın milyardlarla dollar dəyər qazanacağını düşünmək olmazdı. Ona görə gələcəyin də yeni trendi haqqında indidən dəqiq fikir söyləmək çətin olar…

Aid olduğu bloglar

Təhlil

Təhlil və araşdırmalar

Oxucuları
27
Başlıqları
68
Reytinq
2.73

7 şərh

arazqululu
gozel yazidir Shaig.Lap tesir eledi mene..Indi yeni proyekte cehd edenler menim fikrimce ferqli bir seye el atsalar ugur edlde etme ehtimallari var.
DeviD
Uzun müddətdi əziyyət çəkilən bir şeyin bu sonluqda olması təsiredici haldı… Keçən il Fikrini.de saytı bağlananda demişdim vse başlandı… Maraqlısı odur bağlanmaya əsas start orta yox köhnə saytlar başlayıb.1-2 il ərzində orta aznet saytları çoxusu bu templə bağlanacaq məncə.Əlbətdə maddi durumu olmayan bir saytı saxlamaq uzun çəkməz.Saytlar ya bağlanmalıdı ya da yeni bir sayta çevrilməlidir.bəs nəyə? Ən çətin sualda elə budu.əvvəl sayt quranda rəqib çox az sayt idi.Facebook kimi bütün interneti əlinə alan sayt yox idi.indi elə bir şey qurmaq lazımdır ki, facebookda o olmasın.Yerini facebookda qızdıran userlərin diqqətin cəlb etsin.Çox çətin vəziyyət alınıb indi… aznetdə hal qalmayıb uje, həvəsdə qalmayıb nəsə qurmağa.
Maraqlı gəldi ki ana səhifədə veboxu, azerdict və digər saytlara link qoymusuz.halbuki eyni səbəb məncə olarda da var.Yəni ki xeyir gətirmirlər.İndi digər saytlarınızı da bu taleh gözləyir?
Shaig
Biz daimi yeniləmə kontenti tələb edən yerləri bağladıq. Hansıki ora yeni yazılar yazılmırdı. Əksərən xəbər tipli yerləri. Məsələn melumat.xazar.com qalıb. Çünki kitabxana xarakterli bölmədir.
İndi qalan resurslar isə belə deyil. Məsələn Oxatan.com var o artıq yenilənmir ancaq saytın bağlamaq filan kimi fikir yoxdu. Çünki, orada yazılmış məqalələr blog yazıları filandır və daimi yenilənmə tələbi yoxdur.
allinks.in Vekran onsuzda bizdən vaxt filan heç nə tələb eləmir.
azerdict Azərbaycan dili öləndə bağlanar :).
Weboxu isə sırf gəlir gətirmək məqsədi ilə qurulmuş bir resurs deyil ). Nə vaxta qədər IT sektorunda işləyəcəyiksə o qədər açıq qalacaq inşa Allah.

Xazar isə qeyd edildiyi kimi tam açılmamaq üzrə bağlanmayıb. Sadəcə mənasız təkidin yeri yoxdur. Onsuz da bağlanan bölmələri yeniləməyə vaxt yox idi. Yeni açılacaq servislər də, servis xarakterli olacaq inşa Allah.
Elvin85
İslahatınız xeyirli olsun. Xazar.com ilə bağlı mənim də sizlə məhz bu yöndə(portallıqdan konkretliyə keçid) bir neçə dəfə söhbətimiz olub yəqin ki yadınızda. :) Lazımlı addım idi və nəhayət ki atıldı.
Shaig
Təbii yadımdadı :). Sadəcə zaman məsələsi var. Bir də mənəvi hazırlıq :).
Gələcək barədə artıq dumanlı fikirlər formalaşıb. Gerisi vaxt və maliyyədən asılıdır.
Empathy
Asudən xeyir. Gec də olsa nəhayət ki, səni tanıdım. Yıxdın sürüdün bizləri Şaiq. 3 ildir Xəzər istifadəçisiyəm. İldə 2-3 dəfə çat baglananda özümə yer tapa bilmirdim. Hətta sonuncu dəfə bağlananda ağladım. Nə qədər primitiv səslənsə də səmimiliyim gizlətməyə imkan vermədi. Əsas sualım budur. Xəzər çatı təxminən nə vaxt açılacaq və hansı dəyişikliklər olacaq. Sırf çat haqqında məlumat yaz, zəhmət deyilsə. Ən əsası da ən geci nə vaxt açılacağını bilmək istəyirəm. Təşəkkür!
guliyev85
Bu gündən günə çoxalan wap chatlar ve DLE saytlar da bağlansaydı, ela olardi

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər