Uber Azərbaycan üzrə regional direktorun təyin edildiyini elan edir


Bu gün səfərlərin sifarişi üzrə eynivaxtlı onlayn-servisin yaradıcısı olan beynəlxalq texnoloji kompaniya Uber Ataman İncenin Uber-in Azərbaycan üzrə regional direktoru təyin olunduğunu elan etdi.

Bu postda cənab İncə Uber brendinin regionda gələcək fəal inkişafı, istifadəçi servisinin təkmilləşdirilməsi, partnyorlar vasitəsilə sürücülərlə yeni iş sxeminin qurulması və böyük partnyorlarla uzunmüddətli qarşılıqlı münasibətlərin yaradılmasına cavabdeh olacaq.

Bu, şirkətin quruluşunda yeni bir vəzifədir və onun yaradılması öncəki komandanın və İnce bəyin regionda qarşısında duran yeni məqsədlərin məntiqi nəticəsidir. Uber-in Azərbaycanda regional direktoru bilavasitə Uber ML B.V. şirkətində Uber-in maraqlarını qoruyan direktorlar şurasına tabedir.

Regional direktor təyin edilməmişdən öncə, İnce bəy 5 ildən çox Turkcell (Türkiyənin ən böyük mobil operatoru) şirkətində çalışıb və Şərqi Avropa, Mərkəzi Asiya və Qafkaz ölkələrində servisin işinə cavabdeh olub. Onun məsuliyyətlərinə şirkətin yeni bazarlara daxil olma strategiyası, biznesin qurulması və biznes şöbələrinin idarəsi daxil idi. Ataman İnce magistr dərəcəsini Parisin Essec biznes-məktəbində alıb və MBA dərəcəsini Queens biznes-məktəbində (Kanada) qoruyub.

Aid olduğu bloglar

Uber

“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmətlərini göstərir. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir. Şirkət və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumatı www.uber.com veb-səhifəsindən əldə etmək mümkündür.

Oxucuları
1
Başlıqları
12
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər