Uber Azərbaycanda bir neçə təyinat nöqtəsi ilə səfər etmək imkanını təqdim edir


Şəhər üzrə avtomobil sifarişi üçün eyniadlı mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Azərbaycanda bir neçə təyinat nöqtəsi ilə səfər etmək imkanın yaradılmasını elan edir. haqqında danışıb.

Şirkətin məlumatına əsasən, “Uber” platformasında 3%-dən 10%-dək gedişlərin hamısı bir neçə dayanacaqla həyata keçirilir. Əvvəlcədən bir neçə ünvan əlavə etmək imkanı sifariş prosesini həm istifadəçi, həm də sürücü üçün daha rahat edir, çünki indi tədbiqdə əvvəlcədən bir neçə dayanacaq seçib, öncədən məbləğ və səyahətin ümumi vaxtını öyrənmək mümkündür ki, bu da sürücüyə marşrutu daha rahat planlaşdırmağa kömək edir. Bir neçə ünvan ilə marşrut seçimi opsiyası onlarla daxili interfeys, dizayn və iOS və “Android” üçün tədbiqin üzərində işləyən komanda üzvlərinin böyük səyləri nəticəsində yaranıb.

Bir gediş çərçivəsində bir neçə dayanacaq sifariş etmək üçün “Uber” tətbiqində «Hara» bölməsində, sahənin yanındakı "+" işarəsinə basın, «Dayanacaq əlavə et» düyməsini seçin və ünvanı göstərin, bundan sonra seçimi təsdiq edin. İstifadəçi bir səfər zamanı 2 aralıq dayanacaq əlavə edə bilər (son təyinat nöqtəsi istisna olaraq). Ara ünvanları həm sifariş, həm də səfər zamanı əlavə etmək mümkündür. Eyni zamanda, planlar dəyişdiyi və sürücü göstərilən ara ünvanını təsdiq etmədiyi halda lazımsız dayanacaqları silmək mümkündür.

İstifadəçi bütün dayanacaqları əvvəlcədən qeyd etdiyi halda gediş haqqı səfərin ümumi vaxtına hər bir dayanacağa əlavə 3 dəqiqə əsasında hesablanacaq. Bu, tarif dəqiqliyini artırmaq və hər bir dayanacaq üçün əlavə vaxt hesablamaq üçün əvvəlcədən qiymətin hesablanmasında nəzərə alınır. İstifadəçi dayanacaqları səfər zamanı əlavə etsə və ya yeniləsə səfərin yekun dəyəri ümumi məsafədən və real vaxtdan asılı olaraq dəyişə bilər.

"İnnovasiyalar “Uber” şirkətinin DNT-sinin ayrılmaz bir hissəsidir, buna görə də istifadəçilərdən tətbiqin mümkün qədər yaxşılaşdırılmasından və ya yeni xidmətlərin əlavəsi haqqında rəy aldığımızda onu diqqətlə yoxladıqdan sonra istifadəçi təcrübəsini daha rahat edəcək həllərin inkişafı ilə məşğul oluruq. Bu gün biz istifadəçilərə bir avtomobilin sifarişini daha rahat edəcək bir xidmət təqdim etməkdən xoşbəxtik hissi duyuruq", — deyə “Uber” şirkətinin MDB ölkələri üzrə baş meneceri Aleksey Stax bildirib.

Sürücülər isə ümumi marşrutu tətbiqdə əlavə dayanacaqlarla birlikdə görəcək. İlk ara nöqtəsində dayandıqdan sonra sürücü öz gəlişini təsdiqləməlidi, bundan sonra isə öz marşrutuna davam etməlidir; bundan əlavə, sürücünün tətbiqlə işi əsasən dəyişilməz qalacaq.

“Uber”dən istifadə etməyə başlamaq üçün tədbiqi uber.com/app ünvanından, “Android” üçün “Google Play”dən və ya iOS üçün “App Store”dan yükləmək gərəkdir.

Aid olduğu bloglar

Uber

“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmətlərini göstərir. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir. Şirkət və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumatı www.uber.com veb-səhifəsindən əldə etmək mümkündür.

Oxucuları
1
Başlıqları
11
Reytinq
0.00

2 şərh

wingsio
This is a good, convenient service. I'm still using it regularly
wings io
alvinaash
I really appreciate your post. Thanks for sharing such useful information…
mckläder

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər