“Uber” dünya üzrə 5 milyard səfər həyata keçirib


“Uber” beynəlxalq texnologiya şirkəti 2009-cu ildə smartfonun ekranına bir neçə toxunuşla avtomobil sifarişi üçün sadə həll hazırlayaraq fəaliyyətə başlayıb. Artıq 2015-ci ilin sonunda şirkət mühüm sərhədi aşa bilir – 1 mlrd. səfər. Yarım ildən sonra, 2016-cı ilin iyun ayında, bu rəqəm 2 mlrd-a çatır. Bir neçə həftə bundan öncə isə “Uber” şirkətin tarixində daha bir vacib mərhələni aşıb – şirkətin yaranmasından etibarən dünya üzrə “Uber” ilə 5 mlrd. səfər. O zaman 6 qitənin 24 ölkəsində “Uber” ilə 156 səfərə start verilmişdi.
Həmin an xoşbəxt sürücülərdən biri “Uber” ilə ilk səfərini həyata keçiridi: o, sərnişini motobaykla Cakartada (İndoneziya) mindirmişdi. Daha 6 sərnişin “Uber”dən ilk dəfə olaraq yararlanmışdır.
Səfərlərdən ən qısası San-Fransiskoda qeydə alınıb – cəmi iki məhəllədən bir qədər çox məsafə. Ən uzun səfər isə Sinqapurda qeydə alınıb – 27 km (maraqlısı odur ki, ölkənin bütün uzunluğu təxminən 50 km təşkil edir). 15 “Uber” istifadəçisi səfərlərini yaşadığı ölkələrdən kənarda həyata keçirib.
“Uber” bu uğura bütün dünya üzrə şirkətlə əməkdaşlıq edən sürücülər sayəsində nail olub. Şirkətin tarixinə vacib töhfə verən sürücülərə təşəkkürünü bildirmək üçün “Uber” 156 sürücünün hər birinə yerli valyutada 500 ABŞ dolları ekvivalentində mükafat təqdim edəcək.
“Gələcəkdə daha 5 mldr. və hətta bundan artıq səfər həyata keçirmək üçün istifadəçilərimizə yeni funksiyalar təklif etməklə şirkətimizin inkişafını və servisimizin təkmilləşdirilməsini davam etdiririk”, — deyə şirkətin məlumatında bildirilir.

Aid olduğu bloglar

Uber

“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmətlərini göstərir. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir. Şirkət və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumatı www.uber.com veb-səhifəsindən əldə etmək mümkündür.

Oxucuları
1
Başlıqları
11
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər