“Uber”in təsisçisi şirkəti tərk etdi


“Uber”in təsisçisi 40 yaşlı Trevis Kalanik əməkdaşlara məktub yazaraq şirkəti müvəqqəti olaraq tərk etdiyini açıqlayıb. Buna səbəb kimi o, ötən ay anasının ölümü ilə nəticələnmiş faciəli hadisədən sonra özünə gələ bilməsi üçün məzuniyyət götürməyə məcbur olduğunu göstərib. Hadisə Payn Flet gölündə qayıq gəzintisi zamanı baş verib. “Ötən hadisələr mənə bunu anlatdı ki, insanlar işdən vacibdir. Cümə günü dəfn etdiyim anamın yasını tutmaq, eləcə də düşünmək, öz üzərimdə işləmək və dünya səviyyəsində rəhbər komanda formalaşdırmaq üzərində diqqətimi cəmləşdirmək üçün mənə vaxt lazımdır”, — deyə T. Kalanik söyləyib. Lakin T. Kalanik məcburi məzuniyyətin nə qədər davam edəcəyini açıqlamayıb.
Xatırladaq ki, “Financial Times” “Uber”in Direktorlar Şurasının son toplantısında T. Kalanikin durumunun müzakirə olunduğu barədə xəbər yayıb. Toplantıda T. Kalanikin rəhbərlikdən müvəqqəti kənarlaşdırılması və ya başqa vəzifəyə keçirilməsi müzakirə olunub. Səbəb şirkətdə baş verən seksual xarakterli qalmaqallardır.
T. Kalanik 40 yaşındadır. O, “Uber” mobil əlavəsini 2009-cu ildə Qarret Kemp ilə birlikdə yaradıb. Hazırda “Uber” dünyanın 58 ölkəsində və 300-dən çox şəhərində fəaliyyət göstərir.

Aid olduğu bloglar

Uber

“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmətlərini göstərir. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir. Şirkət və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumatı www.uber.com veb-səhifəsindən əldə etmək mümkündür.

Oxucuları
1
Başlıqları
11
Reytinq
0.00

1 şərh

bouncingballs
Thanks for your sharing. Hope you can contribute more quality posts to this page. Thank you! bouncing balls
ellascott
I hope you continue to have such quality articles to share with everyone! I believe a lot of people will be surprised to read this article hotmail sign in

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər