Bakıda “Uber” istifadəçiləri gediş haqqı barədə məlumatı öncədən alacaqlar


Bu gündən etibarən Bakıda “Uber” istifadəçiləri yeni funksiyadan yararlana biləcəklər: istifadəçi tətbiqdə gediş nöqtəsini daxil edəndən dərhal sonra gedişin hesablanmış dəyərini öyrənir,təyinat nöqtəsi dəyişmədiyi halda gediş haqqı artmır.

Yeni funksiyadan istifadə etmək üçün istifadəçi ilk öncə gediş məntəqəsini daxil etməli, tətbiq tərəfindən hesablanmış gediş haqqını təsdiqləməli və sonra avtomobil sifariş etməlidir. Beləliklə, istifadəçi planlaşdırılan gedişin neçəyə başa gələcəyini əvvəlcədən öyrənir və sonra sifariş barədə qərar verir. Bu qayda istiqamət və yolun uzunluğundan asılı olmayaraq bütün marşrutlar üçün keçərlidir.

“Biz “Uber”də göstərdiyimiz xidməti istifadəçilər üçün daim daha rahat və asan etməyə çalışırıq. Əvvəlcədən məlum hesablanmış gediş haqqı istifadəçini hesablamaqdan azad edir və xərcləri tam nəzarətdə saxlamağa imkan yaradır. Əminik ki, gediş haqqının ciblərinə uyğun olmayacağından ehtiyat edən şəxslər belə tətbiqdən istifadə etməyə başlayacaqlar. İndi hər şey öncədən məlumdur, qorxmağa bir səbəb yoxdur!”, — deyə “Uber”inMDB regionunda baş meneceri Aleksey Stax bildirib.

“Uber” gediş haqqını bir sıra amilləri nəzərə alan xüsusi alqoritmlər vasitəsilə müəyyən edəcək: təxmini gediş müddəti, sutkanın müəyyən vaxtında seçilmiş istiqamətdə avtomobil sıxlığının ortalama göstəriciləri, məsafə, yaxınlıqda olan sürücülərin vəsifariş edənlərin sayı.

Əvvəlcədən hesablanmış qiymət promokod istifadə olunduğu halda gedişin sonunda məbləğ promokodda nəzərdə tutulduğu qədər azalacaq.

“Uber”dətariflərpartnyor-sürücülərlərə ödəniş prinsipləri kimi dəyişməz qalır.

Aid olduğu bloglar

Uber

“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmətlərini göstərir. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir. Şirkət və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumatı www.uber.com veb-səhifəsindən əldə etmək mümkündür.

Oxucuları
1
Başlıqları
12
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər