Nazirlikdən Azərbaycanda messencerlərdə yaranan problemlə bağlı açıqlama



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi son dövrlər messencerlərlə bağlı yaranan problemlə bağlı məlumat yayıb:

Nazirlik bildirib ki, ölkəmizdə keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə (Skype, Viber, WhatsApp və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaradıb.

Nazirliyin məlumatına görə, həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilib.

Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər.

Aid olduğu bloglar

RYTN

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Oxucuları
1
Başlıqları
21
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər