Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə yeni rəhbər təyin olundu


Rövşən Əliyev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktoru vəzifəsinə təyin edilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazir Ramin Quluzadə bununla bağlı müvafiq əmr imzalayıb.
Qeyd edək ki, R. Əliyev bu ilin 5 fevral 2016-cı il tarixdən BTRİB-də baş direktorun müavini vəzifəsinə təyin olunub və baş direktor vəzifəsini müvəqqəti icra edib.
BTRİB-in sabiq baş direktoru Beytulla Hüseynov ötən ilin oktyabr ayında həbs olunub. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu olan B. Hüseynov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Hazırda onun və Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin digər yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.

Aid olduğu bloglar

RYTN

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Oxucuları
1
Başlıqları
20
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər